Amerikalı milyarder dollar yerinə rubl aldığını etiraf etdi. | Banco.az

Amerikalı milyarder dollar yerinə rubl aldığını etiraf etdi.

Cim Rocers 2015 ci ildə investisiya üçün Rusiya bazarının qənaətbəxş olduğunu adlandırıb.

1970-ci ildə Corc Soros ilə birlikdə Quantum Fund kompaniyasının əsasını qoyan Amerikalı milyarder Cim Rocers, Rusiyanı investisiya nöqteyi nəzərindən yüksəliş üçün bir çox imkanlara  sahib bir bazar adlandırıb.

“Hazırda Rusiyanın fond bazarı böhrandadı. Və bu mənim üçün çox yaxşı xəbərdi" –deyə investor izah edir. "Siz böhranda aldığınız zaman, sizin yüksəliş üçün yaxşı imkanlarınız yaranır. Bu bəlkədə 5 ilinizi ala bilər, ama krizis mütləq keçir və siz qazanırsınız.”

Milyarder kənd təsərrüfatını da prespektivli sahə hesab edir.

“Bu çox prespektivli istiqamətdir. Mən əminəm ki, bu sahə inkişaf edəcək, çünki əks halda biz yeməyə heç bir şey tapmarıq”.

Ən sərfəli kredit üçün müraciət et

Rusiyadan başqa Rocers Çini de prespektivli bazarlara siyahısına aid edir. Eyni zamanda o dollara sərmaye qoyanların yanlış yolda olduğunu bildirib.

“Bir çoxları daha etibarlı hesab etdikləri üçün amerikan valyutasını alırlar. Yalnız bu yanlış addımdır. Söz verirəm ki, yaxın 2-3 il ərzində bizim bununla bağlı problemlərimiz olacaq və bir çox investorlar bundan əziyyət çəkəcəklər. Mən dəqiq bilirəmki, mən dollara investisiya yatırmaq istəmirəm.” –deyə Rocers bildirib. 

Avronu isə o, qısamüddətli investisiyalar üçün əlverişli hesab edir.

Müəllif: Fidan Maqbet qızı