"Bu günə olan əsas prioritet ənənəvi məhsullar bazarını genişləndirməkdir".
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Ziya Əliyev bildirib.
Onun sözlərinə görə, mövcud ənənəvi sığorta məhsulları var və AMB-nin əsas məqsədi o sığorta məhsullarını genişləndirməkdir.
"Daha çox ev təsərrüfatının, daha çox ailənin, daha çox şəxsin, daha çox bizneslərin mövcud ənənəvi sığorta məhsullarını almaqla risklərini sığorta təminatına ala bilər. Bizim məqsədimiz bunu genişləndirməkdir", - o bildirib.
Z. Əliyev əlavə edib ki, iqtisadiyyat inkişaf elədikcə, risklər mürəkkəbləşdikcə, yeni məhsullara ehtiyac yarana bilər: "Lakin bu günə olan əsas prioritet ənənəvi məhsullar bazarını genişləndirməkdir" - bankın rəsmisi qeyd edib.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!