“Amazon” ən böyük təslimatını necə etdi? | Banco.az

“Amazon” ən böyük təslimatını necə etdi?

Əslində hər şey nəhəng bir qutu ilə başlamışdı. Dünyanın ən dəyərli markası seçilən “Amazon” un ən böyük təslimatı sayılan “Jurassic World: Fallen Kingdom” ın əks-sədası üzərindən bir il keçməsinə baxmayaraq hələ də davam edir.

Bu nəhəng təslimat sözsüz ki, 29 mayda Los-Ancelesə çatdırılarkən bütün şəhəri gəzməyi, fasilələrdə dayanıb insanların diqqətini çəkməyi də unutmamışdı. Getdiyi hər yerdə böyük marağa səbəb olan və sosial şəbəkələrdə sıxlıqla paylaşılan bu qutunun “pıçıltı marketinqinə” (“buzz marketing”) mükəmməl bir nümunə olduğunu deyə bilərik.

Üzərində böyük bir “Jurassic Park” loqosu ilə bərabər “Aleksa, “Jurassic World” ə qutunun içində nə olduğunu soruş” yazısı və “smile code” olaraq adlandırılan QR kod da qeyd edilən qutunun üstündəki kodu “Amazon” mobil proqramından oxudanlar bir mikro sayta yönləndirilərək qısa video izləməklə “Jurassic Park” filminə endirim qazandılar.

Ən sərfəli kredit üçün müraciət et

Los-Anceles in məşhur alış-veriş mərkəzlərindən olan “The Grove LA” ya təslimatı gerçəkləşdirilən Tirannozavr heykəlinə “Fallen Kingdom” aktyorları Kris Prett və Brays Dallas Hovardın müşayiət etməsi ilə möhtəşəm bir kampaniya həyata keçirilmiş oldu.

Amazonun reklam meneceri Jeremi Gorman bu fikrin tapılmasında məqsədlərinin həm müştərilərin bəyənməsi, həm də “Jurassic World Fallen Kingdom” filmi ilə əlaqədar fikirlər formalaşdıracaq bir kampaniya təşkil etmək olduğunu və bu səbəbdən də təslimat qutusunu məhz belə böyük ölçüdə seçdiklərini bildirdi.

Üzərində qeyd edilən “Smile Code” vasitəsilə həm fiziki həm də rəqəmsal bir təsir yaradan kampaniya bu prosesin hər bir mərhələsində hər iki heyətin də yüksək səviyyədə qarşılıqlı əlaqə yarada bilmələri səbəbindən çox böyük bir naliyyət əldə etdi.

Jeremi Gorman, “Amazon” un özünün hazırladığı səsli assistent Aleksanın həm bu kampaniyada həm də digər layihələrdə istifadə edilə biləcəyini bildirdi.

Tamara Mustafayeva, banco.az