Almaniyanın biznes perspektivi gözlənilmədən aşağı düşüb | Banco.az

Almaniyanın biznes perspektivi gözlənilmədən aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada biznes inamı gözlənilmədən aşağı düşüb.

Banco.az xəbər verir ki, baş ofisi Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutu (Ifo) təxminən 9 min şirkətin iştirakı ilə keçirilən Alman Biznes Sorğusunun iyul ayı üçün nəticələrini açıqlayıb.

Nəticələr göstərir ki, Almaniyanın biznes perspektivləri gözlənilmədən aşağı düşüb və bu, Avropanın ən böyük iqtisadiyyatının bərpası ilə bağlı narahatlıqları artırıb və ilin ikinci yarısında artımın bərpa olunacağına dair ümidləri azaldıb.

Almaniyada Ifo Biznes İqlimi İndeksi iyulda 87.0 punkt olub. Proqnozlar indeksin 89.0 olacağını göstərirdi. İndeks iyun ayında 88,6 punkt idi.

Ən sərfəli kredit üçün müraciət et

Ifo prezidenti Klemens Fuest mövzu ilə bağlı qiymətləndirməsində bildirib:

"Qarşıdakı aylarla bağlı şübhələr xeyli artıb. Almaniya iqtisadiyyatı böhran içindədir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram