Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada yoxsulların sayı 2022-ci ildə 14,2 milyona çatıb.
Banco.az xəbər verir ki, Almaniyada yoxsulların sayının Kovid-19 pandemiyasından əvvəlki ilə müqayisədə təxminən 1 milyon artaraq 2022-ci ildə 14,2 milyona çatdığı bildirilib.
“Paritaetische Wohlfahrtsverband” xeyriyyə təşkilatının prezidenti Ulrix Şnayder tərəfindən açıqlanan "Yoxsulluq Hesabatı"nda 2021-ci ildə ölkə əhalisinin 16,6 faizinin yoxsulluq içində yaşadığı halda, 2022-ci ildə bu nisbətin 16,8 faizə yüksəldiyi qeyd olunub.
Hesabatda Almaniyada yoxsulluğun “yüksək səviyyədə” qaldığı vurğulanıb və təxminən 84,4 milyon əhalisi olan ölkədə yoxsulların sayının 2022-ci ildə 2021-ci ilə nisbətən təxminən 100 min nəfər artaraq 14,2 milyona çatdığı bildirilib.
Uşaq və gənclər arasında yoxsulluq səviyyəsinin 21,8 faiz ilə rekord həddə çatdığı vurğulanan hesabatda uşaqlarını tək böyüdənlər arasında isə bu nisbətin 43,2 faiz olduğu deyilib.
Bizi sosial şəbəkələrdən izləyin!!