Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada sənaye istehsalı iki aylıq ardıcıl artımdan sonra mart ayında azalıb.
Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, Almaniyada sənaye istehsalı mart ayında azalıb.
Belə ki, ölkənin sənaye istehsalı tikinti sektorunun təsiri ilə 0,4 faiz azalıb.
“Bloomberg” nəşrinin sorğusunda iştirak edən iqtisadçılar 0,7 faiz azalma proqnozlaşdırmışdılar.
Xatırladaq ki, sənaye istehsalı fevral ayında aylıq 1,7 faiz artım göstərmişdi.
Çərşənbə günü Ifo İnstitutunun keçirdiyi başqa bir sorğuya görə, istehsal şirkətlərinin 39,5 faizi aprel ayında sifariş çatışmazlığı olduğunu qeyd ediblər.
Bizi sosial şəbəkələrdən izləyin!!