Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyanın özəl sektorunun fəaliyyəti ölkənin xidmət sektorunda aktivliyin daha da sabitləşməsi ilə artım fazasına qayıdıb.
Banco.az xəbər verir ki, Hamburq Kommersiya Bankının (HCOB) “S&P Global” tərəfindən hazırlanan aprel ayı üzrə Satınalma Menecerləri İndeksi (PMI) ilkin məlumatları açıqlanıb.
Məlumatlar göstərir ki, ölkədə mart ayında 47,7 punkt olan kompozit PMI aprel ayında 50,5 punkta yüksələrək ötən 10 ayın ən yüksək səviyyəsinə çatıb.
Bazar proqnozları indeksin 48,5 punkta yüksəlməsi istiqamətində idi.
Qeyd edək ki, Almaniyada kompozit PMI 9 aydan sonra ilk dəfə olaraq sektorda artımı göstərən 50 punktluq səviyyəni keçib.
Bizi sosial şəbəkələrdən izləyin!!