Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada investor inamı 9-cu aydır ki, artım göstərir.
Banco.az xəbər verir ki, Avropa İqtisadi Araşdırmalar Mərkəzi (ZEW) institusional investorların və analitiklərin növbəti 6 ay üzrə proqnozlarını ölçən ZEW İqtisadi İnam İndeksinin aprel nəticələrini açıqlayıb.
Nəticələr göstərir ki, investorların Avropanın ən böyük iqtisadiyyatına inamı aprel ayında yaxşılaşıb və indeks 31,7 punktdan 42,9 punkta yüksəlib.
Cari şərtlər indeksi də 1,3 bənd artaraq mənfi 80,5 punktdan mənfi 79,2 punkta yüksəlib.
Qeyd edək ki, ötən il daralmış Almaniya iqtisadiyyatının bu ilin ikinci rübündə 0,1 faiz artacağı gözlənilir. Belə ki, ölkədə xidmət sektoru son vaxtlar bərpa olunsa da, istehsal sektoru göstəriciləri hələ də daralmaya işarə edir.
Bizi sosial şəbəkələrdən izləyin!!