Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) bu ilin əvvəlindən 29,2 milyon manat kredit verib.
Qurumun məlumatına görə, bu kreditləri 1 743 fermer alıb.
Kreditlərin təxminən 52%-i və yaxud 15,2 milyon manatlıq hissəsi kənd təsərrüfatı texnikasının alınması üçün 567 fermerə verilib.
Bundan başqa, 933 fermer illik 12%-lə 9,1 milyon manat mikrokredit, 226 fermer isə illik 7%-lə 4,8 milyon manat nağd pul krediti alıb. Damazlıq heyvanların alınması üçün isə cəmi 17 fermerə 136 min manat ayrılıb.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!