Marketinq avtomatlaşdırma platforması və e-mail marketinq xidməti təklif edən “MailChimp” şirkətinin ötən il həyata keçirdiyi və hələ də böyük əks-səda yaradan əfsanəvi marketinq kampaniyası 2017-ci ildə “Cannes Lions International Festival of Creativity” mükafatına layiq görülmüşdü.
“Google” da axtarış edərkən yazı xətalarına görə verilən klassik sual formasında ilham alaraq bunu bütün kampaniyanın əsas fikrinə çevirən şirkət öz adının yalnış tələffüzünü əyləncəli tərzdə çatdırarkən sanki öz ağlından keçənlərin bizim də ağlımıza gəlməsini istəyir. “Did you mean MailChimp?” (MailChimp i nəzərdə tutursunuz?) sualı üzərində qurulan kampaniya şirkətin adının ona bənzər doqquz fərqli yalnış tələffüzünü bir-birindən müxtəlif, absurd şəkildə göstərir.
Bu kampaniyalardan üçü (MailShrimp, KaleLimp, JailBlimp) saytlarda yayımlanmazdan əvvəl Amerikada bəzi kinoteatrlarda göstərilmişdi.
MailShrimp
Robert Vacha və Peter Klimesin başrolunda yer aldığı bu reklam filmi poçt idarəsində işləyən bir uşağın krevet (shrimp) buterbrodu yeməsini epik tərzdə əks etdirir.
KaleLimp
Zdenek Subr, Helena Jilkova, Boris Wilkenin başrolunda oynadığı bu qısa filmdə bir kələm yarpağının boşqaba doğru keçən yolu tükləri kələm yarpaqları şəklində göstərilən itin macəraları fonunda əks etdirilir.
JailBlimp
Həbsxanadan qaçış hekayəsi nə qədər qəribə ola bilər? Məhz bu qısa filmdə izləyəcəyiniz qədər. Ad günün şənliyində bir qızın oyuncağını qırmasından başlayan qaçış hekayəsi...
VeilHymn
VeilHymn, Britaniyalı müğənni Devonté Hynes və Amerikalı müğənni Bryndon Cook ilə ortaq həyata keçirilən layihədir. Ziyarətçilər veilhymn.com saytına daxil olduqda 4:35 dəq. davam edən bir video ilə qarşılaşırlar.
SnailPrimp
Bəlkə də axtardığınız yaşlanma əleyhinə bir neçə vasitədir deyə düşünən “MailChimp” şirkəti ilbizdən hazırlanmış yaşlanma əleyhinə məhsuldan bəhs edir və hətta instagram səhifəsi belə var: instagram.com/snailprimp.
FailChips
Həqiqətən də istehsal edilmiş bir məhsuldur, lakin tək qüsuru parçalanmış olmasıdır.
WhaleSynth
whalesynth.com (http://www.whalesynth.com/ ) saytına daxil olaraq axtardığınız melodiyanı okean səslərinin rahatladıcı ahəngi ilə tapa bilərsiniz.
NailChamp
Dırnaq boyamanın ən son trendləri ilə NailChamp ( http://www.nailchamp.com/ ) saytında tanış ola bilərsiniz. Həmçinin bəzədilmiş dırnaqların yarışdığı bir yarışma üçün səsvermədə də iştirak edə bilərsiniz.
MaleCrimp
malecrimp.com (http://malecrimp.com/ ) saytı MaleCrimp Tumblr saytı ilə saçlarına incə qıvrımlar verən kişilər üçün nəzərdə tutulmuşdur. Hətta bu barədə internet xəbər agentliyi olan “Buzzfeed” belə danışılmışdı.
Bu uğurlu kampaniyanın dəstəkləyicisi beynəlxalq reklam agentliyi olan “Droga5” dir.
Tamara Mustafayeva, banco.az