İnternet ekosisteminin müntəzəm şəkildə inkişaf etməsinə paralel olaraq rəqəmsal reklamçılığa edilən yatırım və rəqəmsal yatırım gəlirləri sürətlə artsa da, görünür, reklam verənlər üçün açıq hava reklamları hələ də böyük əhəmiyyət daşıyır.
Həmçinin oxu: Açıq hava reklamlarındakı rənglər insanlara hansı mesajı verir?
Banco.az xarici mətbuata istinadla bildirir ki, Amerika Açıq Hava Reklamçılığı Assosiyasiyası (OAAA) son yayımladığı hesabatında açıq hava reklamçılığı sənayesinin hazırda əvvəlki 12 ildə müşahidə edilməyən bir böyümə gerçəkləşdirdiyini ifadə edir. Hesabata görə, açıq hava reklamlarından əldən edilən gəlir 2019 – cu ilin ikinci rübündə 2018 – ci ilin eyni dövrünə nəzərən 7.7% nisbətində artaraq təqribən 2.7 milyard dollara çatıb. Bu göstərici sektorun 2007 – ci ildən bəri əldə etdiyi ən yaxşı rüblük göstəricidir. Bununla yanaşı, 2018 – ci ilin eyni dövrünə görə, 2019 – cu ilin ilk yarımilliyində gəlir artımı isə 7% nisbətində idi.
Amerika Açıq Hava Reklamçılığı Assosiyasiyasının bildirdiyinə görə, bu sektordakı ən böyük 100 reklam verənin təqribən 70% - i ötən ilin eyni dövrünə nəzərən ikinci rübdə açıq hava reklamları üzrə xərclərini artırarkən 25% - dən çoxu isə yatırımları iki qatına çıxarmışdır. Bu ilin ikinci rübü üzrə ən çox açıq hava reklamına müraciət edən markalar isə McDonald’s, Geico, Apple, State Farm, Chevrolet, Amazon, Facebook, Anheuser-Busch, AT&T və HBO – dır.
Amerika Açıq Hava Reklamçılığı Assosiyasiyasında aparıcı marketinq mütəxəssisi olaraq çalışan Stephen Freitas isə açıq hava reklamçılığı sektorunun mövcud vəziyyəti bağlı açıqlamasında belə deyir:
“Açıq hava reklamçılığının hədəf kütləyə çatma və həmin hədəf kütləsini qoruma xüsusiyyəti bazarda rəqabət edə bilməsi üçün mühüm üstünlükdür. Belə ki, Amerikalıların təqribən 66 % - nin küçədə gəzərkən rastlaşdıqları hər hansı bir məhsul və xidmətin reklamına müvafiq olaraq telefonlarında dərhal axtarış etdikləri aşkarlanmışdır.”
Onu da qeyd edək ki, Manga Intelligence adlı bazar araşdırması və konsultasiya xidməti göstərən bir şirkətin yayımladığı hesabatda açıq hava reklamçılığının “inkişafda olan yeganə ənənəvi kanal” olduğu qeyd edilib.
Həmçinin oxu: Bilboardların inkişafı və yeni texnologiyalar haqqında
Tamara Mustafayeva, Banco.az