“AccessBank”dan mikro və aqro müştəriləri sevindirəcək kampaniya | Banco.az

“AccessBank”dan mikro və aqro müştəriləri sevindirəcək kampaniya

“AccessBank” mikro və aqro müştəriləri sevindirəcək yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində mikro və aqro kreditlər üzrə müraciət edəcək biznes sahibləri 50 min manatadək krediti sərt girov təminatı olmadan rəsmiləşdirə biləcəklər. Kampaniya ərzində təqdim olunan kreditlərin maksimal müddəti 36 ay, illik faiz dərəcəsi isə 19% təşkil edir.

“AccessBank” təkrar müştərilərini də unutmayıb. Onlar bank tərəfindən təqdim olunan daha əlverişli imkandan yararlana biləcəklər. Belə ki, vaxtın müştərilər üçün nə dərəcədə əhəmiyyətli olduğunu nəzərə alan bank, 15 min manatadək sürətli mikrokreditlər  təklif edir. Qeyd olunan məbləğədək olan sürətli mikrokreditlər bundan sonra filial daxilində yerindəcə rəsmiləşdiriləcək. 

Ən sərfəli kredit üçün müraciət et

Dərhal sifariş etmək üçün linkə keçid alın - https://bit.ly/2IdagSh