Sənədli Əməliyyatlar üzrə aparıcı (baş) mütəxəssis / Korporativ Bankçılıq Departamenti
Öhdəliklər
- Ticarətin maliyyələşdirilməsi üzrə alətlərə maraq göstərən potensial müştərilərin cəlb edilməsi;
- Potensial müştərilərin ticarətin maliyyələşdirilməsi üzrə hansı alətlərə tələbatlarının olmasını müəyyənləşdirmək;
- Ticarətin maliyyələşdirilməsi üzrə prosedurların, müqavilələrin və həmçinin digər işlək sənədlərin hazırlanması, razılaşdırılması və eyni zamanda təsdiqlənmək üçün təqdim edilməsi;
- Ticarətin maliyyələşdirilməsinə dair əməliyyatlara baxılması və icra olunması üçün bankın müvafiq bölümlərinin koordinasiya olunması;
- İxrac və idxal akkreditivləri, zəmanətləri üzrə beynəlxalq bank əməliyyatlarının keçirilməsini təmin etmək;
- Müştərilərin bank zəmanətləri, akkreditivlər, sənədli kolleksiyalar və idxal sonrası maliyyələşdirmə sorğularının emal edilməsi;
- Müxbir banklarla və İxrac – Kreditliyi Agentliyi ilə danışıqlıqların aparılması;
- Müştəri Menecelərə Ticarətin Maliyələşdirilməsi məhsullarının satışında dəstək olmaq;
- KOS Skorinq modeli əsasında olan məsələləri ilə bağlı Müştəri Menecerlərə təlimin təqdim edilməsi;
- Əməliyyatlar üzrə dövrü və operativ hesabatların və təqdimatların hazırlanması.
Tələblər
- Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahədə bakalavr dərəcəsi;
- Müvafiq sahədə 3 il iş təcrübəsi;
- Yüksək analitik qabiliyyət;
- Yüksək kommunikasiya bacarıqları;
- Biznes bankçılığı məhsulları və biznesin maliyyə analizi (biznesin maliyyələşmələri, beynəlxalq tranzaksiyalar üzrə biliklər) üzrə təcrübə;
- Azərbaycan, rus və ingilis dillərini bilmək.
Maraqlanan şəxslər aşağıdaki link-dən istifadə edərək CV formalarını göndərə bilərlər: https://www.accessbank.az/az/our-bank/vacancies/
Bizi sosial şəbəkələrdən izləyin!!