ABV bank sektorunu əhatə edən "Təhlükəsizlik sahəsində innovasiyalar" adlı seminar təşkil etmişdir | Banco.az

ABV bank sektorunu əhatə edən "Təhlükəsizlik sahəsində innovasiyalar" adlı seminar təşkil etmişdir

Azərbaycanda təhlükəsizlik sistemlərinin və şəbəkə avadanlıqlarının satışı və quraşdırılması istiqamətində aparıcı şirkəti olan ABV 25 May 2024-cü il tarixində bank sektorunu əhatə edən "Təhlükəsizlik sahəsində innovasiyalar" adlı seminar təşkil etmişdir. 

Tədbirdə Hikvision brendinə məxsus məhsulların banklarda təhlükəsizliyin təminatı istiqamətində faydaları haqqında geniş məlumat verilmiş və məhsullar əyani olaraq nümayiş etdirilmişdir. Mövzular Mobil həllər, video storage və yeni satışa buraxılmış, həmçinin, ABV və Hikvision tərəfindən yenicə test edilmiş isimlik kameralarını əhatə etmişdir. 
Tədbirə Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu kimi dövlət qurumları, ABB, Kapital Bank, Paşa Bank, YapıKredi Bank, Yelobank, Bank Respublika və digər banklar qoşulmuşlar.
Qeyd edək ki, ABV 1993-cü ildən etibarən fəaliyyətdədir və uzun illərdir ki bir çox dövlət və özəl  müəssisələrinin,  kiçik, orta həmçinin iri sahibkarlıq subyektlərinin təhlükəsizlik sistemlərinin təminatçısıdır. 
ABV - daha təhlükəsiz həyat üçün!

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et