- Dünya mətbuatının diqqəti Yunanıstan və Ukrayna problemlərində ilişib qaldığı halda, Qəraib dənizinin Puerto-Riko arxipelaqının ABŞ-ın idarəetməsi altında olan rəhbərliyi 1,3 milyard dollar öhdəlik qarşısındakı defoltdan yayına bildilər.
- Puerto –Rikonun ümumi dövlət borcu 70 milyard dolları üstələyir və yeri hakimiyyət bildirmişdi ki, borcu ödəyə bilməyəcək.
Puerto Rikonun əsas borclandıqları – amerika fondlarıdır, onlar əsasən şəhər investisiya istiqrazları bazarında ixtisaslaşıb. Bu bazar – amerikan bələdiyyələrinin gündəlik layihələrin maliyyələşdirilməsinə yönəltdiyi əsas maliyyə mənbəyidir, məsələn yolların çəkilməsi, xəstəxanaların təchizatı və s. Morningstar, analitik informasiya agentliyinin məlumatına əsasən, 11 milyard dollar həcmində Puerto Riko obliqasiyaları məhz onlara məxsusdir.
Bu mənada, Yunan draması fonunda sezilməz qalan Puerto Riko böhranı ABŞ investorları üçün Yunanıstandan daha əhəmiyyətlidir.
Ötən həftə ölkənin qubernatoru Alessandro Qarsia Padilya New York Times ilə intervyusunda mümkün defolt ehtimalı haqqında ehtimallarını bildirib, o bələdiyyə istiqrazarı bazarında iri miqyaslı böhran təhlükəsini vurğulayıb. Bu bazar Detroyt və Stokton və digər amerika şəhərlərinin bankrot olmasından sonra kifayət qədər zəifləyib ( 2008-ci ildən bəri 48 şəhər özünü iflas elan edib).
Yunanıstanla olduğu kimi məsələnin çözümü ən son ana qədər yubadılırdı. İyunun 29-da Padilya telemüraciətlə çıxış edərək rəsmi Vaşinqtondan borcu restrukturlaşdırmaq üçün icazə, kreditorlardan şərtlərin yumşaldılmasını (möhlət müddətinin 5 ilə qədər uzadılması və borclar üzrə ödəniş məsafələrinin artırılması yolu ilə) istədi.
Qubernator əlavə etdi ki, ölkə rəhbərliyinin əlavə vorc vəsait cəlb etmək imkanları tükənib, belə ki, qanunvericilik də buna imkan vermir, bundan ötrü köhnə öhdəlikləri qapamaq tələb olunur.
Padilyanın bəyanatından sonra ölkənin bağlanma müddəti 2035-ci ilə nəzərdə tutulmuş borc obliqasiylarının gəlirliyini 8%-dən 11%-ə yüksəldib. Onların dəyəri isə tarixi minimuma 69,51 sentə enib.
Dünən Puerto-Riko ümumi zəmanətlə təmin olunmuş iqtiqrazlar üzrə $645,2 milyon dollar həcmində ödəniş həyata keçirib. Eyni zamanda 9 milyard dollar borcu yenindən strukturlaşdırmağa çalışan Puerto Rico Electric Power Authority (PREPA) dövlət elektro-energetika şirkəti kreditorlara $415 milyon dollar ödəniş etdi. Likvid vəsaitin bir hissəsini obliqasiyalarda ixtisaslaşmış sığorta şirkətləri təqdim edib. Nəhayət ölkə banklara 265 mln dollar ödəyib və ötən il verilmiş $900 mln dollar həcmində sindikasiya olunmuş krediti bağlayıb. Bu barədə Reuters bildirir.