Müəllif: Tamara Mustafayeva, Banco.az
İyun ayında ABŞ-da "JOLTS" iş yerlərinin sayı azalaraq 8 milyon 184 minə düşüb.
Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi iyun ayı üzrə JOLTS vakansiya məlumatlarını açıqlayıb.
Məlumatlara görə, vakant iş yerlərinin sayı iyun ayında əvvəlki aya nəzərən 46 min azalaraq 8 milyon 184 minə enib. Sözügedən göstəricinin bu dövrdə 8 milyon olacağı gözlənilirdi.
Məlumatlar göstərir ki, sözügedən dövrdə qonaqlama və qidalanma xidmətləri, o cümlədən təhsil istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarında vakant iş yerlərinin sayı artıb. Davamlı malların istehsalı və federal hökumətdə isə azalıb.
Həmin dövrdə işə qəbul edilənlərin sayı da 314 min nəfər azalaraq 5 milyon 341 min nəfərə düşüb. İyun ayında ölkədə istefa və işdən çıxarılma halları da daxil olmaqla işini tərk edənlərin sayı isə 302 min nəfər azalaraq 5 milyon 95 min nəfər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!