Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da pərakəndə satışlar ötən ay 0,6 faiz artaraq proqnozları doğrultmayıb.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi fevral ayı üzrə pərakəndə satış məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, pərakəndə satışlar fevral ayında əvvəlki aya görə 0,6 faiz artaraq 700,7 milyard dollara çatıb.
Ekspertlər bu dövrdə pərakəndə satışların aylıq 0,8 faiz artacağını gözləyirdilər.
Yanvarda pərakəndə satışlar 1,1 faiz azalaraq 696,7 milyard dollar hesablanmışdı.
Ölkədə sözügedən dövrdə pərakəndə satışlar illik əsasda isə 1,5 faiz artıb. Yanvarda isə illik artım 0,4 faiz idi.
Qeyd edək ki, fevral ayında pərakəndə satışda ən çox artım tikinti materialları və bağ avadanlıqları satışı mağazalarında, avtonəqliyyat vasitələri və onların hissələrinin satıldığı yerlərdə, elektron mallar mağazalarında qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!