Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da kənd təsərrüfatından kənar məşğulluq göstəricisi ötən ay yüksək olub.
Banco.az xəbər verir ki, ABŞ-da FED-in monetar siyasəti üçün mühüm əhəmiyyət kəsb edən kənd təsərrüfatından kənar məşğulluq məlumatları açıqlanıb.
Məlumatlar göstərir ki, mart ayında ABŞ-da kənd təsərrüfatından kənar sahələrdə işləyənlərin sayı 303 min nəfər artıb.
“Bloomberg” nəşrinin sorğusunda iştirak edən iqtisadçılar artımın 214 min olacağını gözləyirdilər.
Fevralda artım 275 min nəfər təşkil edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!