ABŞ-da istehsal inflyasiyası gözləniləndən az artım göstərib | Banco.az

ABŞ-da istehsal inflyasiyası gözləniləndən az artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay ABŞ-da İstehsalçı Qiymətləri İndeksi (PPI) aylıq müqayisədə 0,1 faiz olub.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi iyul ayı üzrə PPI məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, PPI iyul ayında əvvəlki aya görə 0,1 faiz artıb. Bazar proqnozları istehsalçı qiymətlərinin aylıq 0,2 faiz artacağı istiqamətində idi. İyun ayında 0,2 faiz artım qeydə alınmışdı.

İyulda istehsalçı qiymətləri illik müqayisədə isə 2,2 faiz artıb. Ekspertlər istehsalçı inflyasiyasının iyul ayında illik 2,3 faiz olacağını proqnozlaşdırmışdılar. İyunda illik artım 2,6 faiz idi.

Dəyişən ərzaq və enerji qiymətlərini əhatə etməyən əsas PPI iyul ayında aylıq müqayisədə dəyişməz qalsa da, illik 2,4 faiz artıb. Əsas istehsalçı inflyasiyasının aylıq 0,2 faiz, illik 2,6 faiz olacağı güman edilirdi.

Ən sərfəli kredit üçün müraciət et

İyun ayında əsas istehsalçı qiymətləri aylıq 0,4 faiz, illik bazda isə 3,0 faiz artmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram