ABŞ-da ipoteka faizləri yenidən yüksəlib | Banco.az

ABŞ-da ipoteka faizləri yenidən yüksəlib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ipoteka faizləri yenidən 7 faizə qalxıb.

Banco.az xəbər verir ki, İpoteka Bankları Assosiasiyası (MBA) aprelin 5-də başa çatan həftənin ipoteka məlumatlarını açıqlayıb.

Məlumatlara görə, ABŞ-da ipoteka müraciətləri ötən həftə əvvəlki həftə ilə müqayisədə 0,1 faiz artıb.

Bu dövrdə mənzil almaq üçün müraciətlər 5 faiz azalıb, yenidən maliyyələşdirmə müraciətləri isə 10 faiz artıb.

Ölkədə 30 illik ipoteka üzrə orta faiz dərəcəsi ötən həftə 6,91 faizdən 7,01 faizə yüksəlib. Həmin dövrdə 15 illik ipoteka üzrə orta faiz dərəcəsi isə 6,35 faizdən 6,46 faizə qalxıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram