"A-Qroup": "Bizdə hər şey qaydasındadır" | Banco.az

"A-Qroup": "Bizdə hər şey qaydasındadır"

A-Qroup" sığorta şirkətinin rəhbərliyi şirkətin həyata keçirdiyi sığorta ödənişlərinin toplanan sığorta haqlarından yüksək olmasının səbəblərini açıqlayıb. Xatırladaq ki, bu ilin ilk 10 ayının nəticələrinə görə, "A-Qroup" sığorta şirkətinin 5 mln. 372,3 min manat ödəniş edib ki, bu da şirkətin topladığı sığort haqlarından (4 mln. 617,8 min manat) da yüksəkdir. Burada sığorta ödənişlərinin sığorta haqqına nisbəti 116%-i keçib. Şirkətin idarə heyətinin sədr müavini Əli Bayramov fins.az-a bildirib ki, bu rəqəmlər şirkətin fəaliyyətində hər hansı problemin olması ilə yox, sığorta haqlarının ödənmə tarixi ilə bağlıdır: " Burada elə bir problem yoxdur, bizim elə müqavələlərimiz var ki, uzun müddətə bağlanıb - məsələn tibbi sığorta üzrə . Həmin müqavillər üzrə ödənişlər əvvəlki illərdə başqa aylarda olub. Bizim digər şirkətlərdən fərqimiz ondadır ki, biz sığorta haqlarının böyük hissəsini dekabrda alacağıq. Nəticədə ilin sonunda bu nisbət (sığorta ödənişlərinin sığorta haqlarına)75%-ə düşəcək".
Bununla yanaşı, Ə.Bayramov ümumiyyətlə şirkətin ödənişlərinin böyük olduğunu qeyd edib. Onun sözlərinə görə, ödənişlərin yüksək olmasının  əsas səbəbi şirkətin portfelində tibbi sığortanın böyük olması ilə bağlıdır: "Sığorta haqlarının 80%-i, sığorta ödənişlərinin isə 90%-i tibbi sığortanın payına düşür".

Ən sərfəli kredit üçün müraciət et

fins.az