9 sığorta şirkətinin ödənişləri artıb | Banco.az

9 sığorta şirkətinin ödənişləri artıb

2018-ci ilin yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 9-nun ödənişləri illik müqayisədə artıb, 12-nin ödənişləri azalıb.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Qala Sığorta" ASC-dir. Bu şirkət hesabat dövründə 1,963 milyon  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 4,6 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “PAŞA Sığorta"dır. Bu şirkətin ödənişləri ötən il 49,52 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 14% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "A-Qrup Sığorta" ASC-dədir. Bu şirkət il ərzində 8,064 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 0,4% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Atəşgah Həyat Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 73,3% azalaraq 14,72 milyon manata düşüb. 

 

Ən sərfəli kredit üçün müraciət et

9 sığorta şirkətinin ödənişləri artıb

2018-ci ilin yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 14-nün yığımları illik müqayisədə artıb, 7-nin yığımları azalıb.

Hesabata əsasən, ötən il yığımları ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət hesabat dövründə 744 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 34,5 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə "Standard Insurance" Sığorta Şirkəti ASC-dir. Bu şirkətin daxilolmaları ötən il 12,931 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2,7% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "Günay Sığorta" ASC-dədir. Bu şirkət il ərzində 5,837 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 38,6% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə "İpək Yolu Sığorta" ASC-dədir. Bu şirkətin yığımları 3,8% azalaraq 17,003 milyon manata düşüb. 

© Renkinq