Tamara Mustafayeva, Banco.az
Ötən həftə qlobal bazarların əsas gündəmində ABŞ-da kənd təsərrüfatından kənar məşğulluq göstəricisi və OPEC+ tərəfindən hasilatın azaldılması qərarı olub.
Banco.az 7 bənddə geridə qoyduğumuz həftənin maraqlı məqamlarını diqqətinizə çatdırır.
1) ABŞ-ın kənd təsərrüfatından kənar məşğulluq göstəricisi sentyabr ayında proqnozları üstələdi
ABŞ-da kənd təsərrüfatından kənar sahələrdə işləyənlərin sayı ötən ay 263 min nəfər artaraq proqnozları üstələyib, işsizlik səviyyəsi də 3,7 faizdən 3,5 faizə düşüb.
2) OPEC+ tərəfindən 2 ilin ən böyük hasilatın azaldılması qərarı verildi
OPEC+ Nazirlər Komitəsinin iclasında gündəlik hasilatın 2 milyon barel azaldılması qərara alındı. Bu, təşkilatın 2020-ci ildən bəri qəbul etdiyi ən böyük ixtisar qərarı idi.
3) BVF sədri xəbərdarlıq etdi - tənəzzül riski atır
Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgieva gələn il üçün qlobal iqtisadi artım proqnozunun aşağı salınacağını vurğulayaraq tənəzzül riskinin artdığını, dünya iqtisadiyyatının təxminən üçdə birini təşkil edən ölkələrin bu il və ya gələn il ardıcıl olaraq ən azı iki rüb daralma ilə üzləşəcəyinin proqnozlaşdırıldığını bəyan etdi.
4) Qlobal ərzaq qiymətləri ucuzlaşmaqda davam edir
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ötən həftə sentyabr ayı üzrə Qlobal Ərzaq Qiymətləri İndeksini açıqladı. İndeks sentyabr ayında aylıq əsasda 1,1 faiz azalarkən, illik əsasda 5,5 faiz artıb. Bununla da, qlobal ərzaq qiymətlərinin 6 aydır ki, davamlı olaraq ucuzlaşdığı məlum olub.
5) 2022 Nobel Sülh Mükafatı laureatları məlum oldu
İsveç Akademiyası 2022-ci il üzrə Nobel Sülh Mükafatını belaruslu hüquq müdafiəçisi Ales Bialiatski, Rusiya "Memorial" İnsan Hüquqları Təşkilatı və Ukrayna Mülki Hüquqlar üzrə İnsan Haqları Təşkilatına verdi.
6) Valyuta ehtiyatları ötən bir ildə ən çox tükənən ölkələr bəlli oldu
Dolların digər ehtiyat valyutalara qarşı möhkəmlənməsi və mərkəzi bankların valyuta satışları nəticəsində qlobal valyuta ehtiyatları rekord həddə geriləyib. Valyuta ehtiyatları ən çox azalan ölkə 19%-lik göstərici ilə Tayland oldu ki, onu 16,5%-lə Çexiya izləyir.
7) İlon Mask "Twitter"i almaq üçün qiymət endirimi istədi
Anonim mənbələrin məlumatına görə, Maskın nümayəndələrinin daha əvvəl irəli sürdüyü səhm başına 54,20 dollar təklifdən aşağı qiymət üçün danışıqlar aparırdığı məlum oldu. Bu xəbər "Wall Street Journal" və "New York Times" nəşrlərində də yer aldı. "New York Times"a görə isə, Mask 30 faiz endirim istəyib.
Bizi sosial şəbəkələrdən izləyin!!