3D printerində çap edilən raket daşıyıcısı 3 peyki orbitə çıxarmışdır - VİDEO | Banco.az

3D printerində çap edilən raket daşıyıcısı 3 peyki orbitə çıxarmışdır - VİDEO

2018-ci ilin yanvar ayında Amerikanın kosmik şirkəti Rocket Lab 3D printerində ilk dəfə çap edilən raket daşıyıcısını uğurla kosmik fəzaya qaldırmışdır. Adı Electron olan bu daşıyıcı raket kommersiya sifarişli 3 peykiorbitə uğurla yola salmışdır.

Peyklərdən biri Planet Lab şirkətinə məxsus olub kosmosdan yerin çəkilişini həyata keçirir, digər ikisi isə Spire şirkətinə məxsus olub kosmosdan gəmilərin hərəkətini izləməyi və hava haqqında məlumatları toplayır.

Oksigen- kerosin yanacaqlı “Electron” raketi kompozit materiallarının və 3D-üç ölçülü çap texnologiyasından istifadə etməklə yaradılmışdır ki, buda belə daşıyıcını kifayət qədər tez istehsal etməyə və kosmik fəzaya buraxmağa imkan verir. Onun çəkisi 10 ton olub özü ilə 250 kiloqram faydalı yükü daşıya bilir.

Bundan əlavə raket litium- polimer batareya sistemindən və elektrik mühərriklərindən istifadə edir ki, buda bu sinifdən olan adi aparatlardan fərqli olaraq kifayət qədər az maye yanacaq sərf etməyə imkan verir.

Raketin dəyəri 6,6 milyon dollar təşkil edir. Şirkət 3D çapının istifadəsi hesabına kommersiya məqsədli kosmik uçuşların 5 milyon dollardan aşağı olmasına nail olmağı düşünür. Belə raket yer səthindən 500 km yüksəklikdəki günəş-sinxron orbitə böyük olmayan peykləri qaldırmaq üçün kifayətdir.

Ən sərfəli kredit üçün müraciət et

Bu kommersiya məqsədilə raketlərin qiymətinin aşağı salınması üçün dünyada ilk nümunə deyildir. Belə ki, SpaceX şirkəti adi raketlərdən fərqli olaraq uçuşdan sonra yerə dönərək təkrar bir neçə dəfə istifadə edilməsi mümkün olan Falcon 9raketinin sınaqlarını aparır.

Elektron raketinin buraxılışı mühüm və əlamətdar hadisə hesab edilir. Belə ki, Rocket Lab şirkəti əvvəllər ərazisi heyvandarlıq ferması kimi istifadə edilmiş özəl kosmodromdan ilk dəfə raketin orbitə qaldırılmasına nail ola bilmişdir.

Rocket Lab il ərzində 50 belə kosmik uçuşun həyata keçirilməsini planlaşdırır. Gələcəkdə bu rəqəmi 120-yə qaldırmağı strateji məqsəd hesab edir.

 

digitalazerbaijan.az