39 minə yaxın elektron icbari avtosığorta müqaviləsi bağlanılıb | Banco.az

39 minə yaxın elektron icbari avtosığorta müqaviləsi bağlanılıb

Noyabrın 1-17-də İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 38 707 standart və sərhəd sığorta müqaviləsi elektron qaydada bağlanılıb. 

Məlumata görə, bu müqavilələrin hesabına 3 125 012 manat sığorta haqqı toplanmışdır. Bu sığorta haqlarının hamısı Hökumət Ödəniş Portalı (HÖP) infrastrukturu üzərindən qəbul edilib. Bu isə öz növbəsində avtomobillərin icbari sığortasının elektron sənəd formasında bağlanılmasına keçidin uğulu olmasının göstəricisidir.

Sentyabrın 30-da Azərbaycan Mərkəzi Bankı (AMB) 31 yerli banka və poçt xidmətinə icbari sığorta haqları üzrə ödənişlərin “Hökumət Ödəniş Portalında əməliyyatların aparılmasına dair Kollektiv Sazişə” uyğun olaraq toplanılmasının təmin etməyi tapşırıb və Büro tərəfindən onun iştirakçı sığorta şirkətlərinə HÖP üzərindən sığorta haqqının ödənilməsi üçün ödəniş tapşırığının hazırlanma qaydası barədə məlumat verilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bütün bank və poçt şöbələri, “Express Pay” ödəmə terminalları və internet vasitəsi ilə sığorta haqlarının HÖP üzərindən toplanması mümkündür. Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarına əsasən, avtomobillərin icbari sığorta müqavilələri üzrə sığorta haqlarının toplanması yalnız HÖP sisteminə qoşulan ödəmə terminalları vasitəsi ilə həyata keçirilə bilər.

Əlavə olaraq AMB tərəfindən digər banklara məxsus ödəniş terminallarının inteqrasiyası istiqamətində hazırda texniki işlər aparılır və yaxın gələcəkdə ödəmə terminallarının siyahısına digər bankların ödəmə terminalının da əlavə edilməsi gözlənilir.

Mənbə: Report.az