2019-cu ilin I rübü ərzində ölkədə 53,9 min yeni iş yerləri açılmışdır.
Bu dövrdə yaradılmış iş yerlərinin 25,4 faizi qeyri-dövlət sektorunda açılmışdır.
YENİ İŞ YERLƏRİNİN 73%-İ BAKIDA AÇILIB
Yeni iş yerlərinin 72,9 faizi Bakı şəhərinin, 0,4 faizi Naxçıvan Muxtar Respublikasının, 26,7 faizi digər regionların, o cümlədən 7,4 faizi Aran, 6,5 faizi Lənkəran, 4,6 faizi Gəncə-Qazax, 2,0 faizi Yuxarı Qarabağ, 1,8 faizi Abşeron, 1,8 faizi Şəki-Zaqatala, 1,8 faizi Dağlıq Şirvan, 0,7 faizi Quba-Xaçmaz, 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşmüşdür.
Yeni açılmış iş yerlərinin 55,0 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 25,3 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 19,4 faizi isə digər tədbirlər üzrə yaradılmışdır.
Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 65,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 8,4 faizi tikinti, 7,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,2 faizi emal sənayesi, 1,8 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,2 faizi informasiya və rabitə, 1,1 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 1,1 faizi təhsil, 1,1 faizi peşə, elmi və texniki fəaliyyət, 4,3 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılmışdır.
BAĞLANMIŞ İŞ YERLƏRİNİN 60 FAİZİ DÖVLƏT SEKTORUNDA OLUB
Bununla yanaşı, 2019-cu ilin I rübü ərzində ölkədə 3,4 min iş yeri bağlanmışdır. Bu dövrdə bağlanmış iş yerlərinin 39,4 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. İş yerlərinin 40,2 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 59,8 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.
Marja