30 yaşına kimi necə Milyonçu olmaq olar? | Banco.az

30 yaşına kimi necə Milyonçu olmaq olar?

Nə qədər fantastik görünsə də, bunu sıfırdan edən milyonçular var və bu işi siz də görə bilərsiniz. Məktəbdən atılanlar, kolleci yarımçıq qoyanlar, dəfələrlə eyni işdə uğursuz olub ruhdan düşməyənlər və qurban verməyi bacaranlar. Bu sırada olanlar hələ çoxdur. Bir şeyi, həqiqətən arzuladıqda, bütün hüceyrələrinizdə hiss etdikdə, bacarmağı həqiqətən istədikdə bütün kainat sizə yardım edir. Arzulamağı bacarın əvvəlcə. Çox şey istəməkdən çəkinməyin. Çünki xəyal dünyanız heç kəsin limit qoya bilməyəcəyi yeganə toxunulmaz sahədir.

Milyonçu olmaq istəyirsiniz? Əgər cavabınız təstiqdədirsə, buyurun tanınmış milyonçuların təcrübələrinə əsaslanan 10 məsləhəti bölüşürük:

Pulu izləyin

Bu günün iqtisadiyyatı olduqca dəyişkəndir. Gəlirlərinizi necə artıracağınızı düşünün. Pulun gəldiyi nöqtəni tapmağa çalışın. Pula fokuslanın. O necə gəlir, hansı istiqamətlərdə artır. Bütün bunları detallı düşünün. Ancaq unutmayın ki, pul sadəcə arzular üçün vasitədir. Arzularınız üçün pulu düşünün.

Göstəriş üçün deyil, dəyər yaratmaq üçün çalışın

Əgər dünyanın ən varlı, sıfırdan milyonçu olan fenomenlərinə diqqət yetirsəniz, onların necə sadə həyat tərzi yaşadıqlarını da görə bilərsiniz. Maddi vasitələr üçün milyonçu olmağa dəyməz. Bütün cisimlər sonda məhvə məhkumdur. Hislər və dəyərlər isə əbədidir. Heç kəs bir dəyəri məhv edə bilməz, çünki sizin fantaziyanız limitsizdir, toxunulmazdır.

İnvestisiya üçün qənaət edin, pul yığmaq üçün deyil

Pul yığmaq üçün ən məntiqli səbəb investisiyadır. Çünki pul pulu gətirə bilər. Vaxt və pul bir-birinə çox bənzəyir. Hər ikisini düzgün investisiya etdikdə qazandırır.

Ödəyə bilməyəcəyiniz borclardan qaçın

Qaytarmaq qabiliyyətində olmadığınız borcları almamağı iş prinsipinizə çevirin. Borc alarkən də investisiya mexanizmini düşünün. Aldığınız borcu qaytardınız tutaq ki, bəs bu borcdan əvvəl və sonraya nəzər salsanız, nə qazanırsınız? Gördüyünüz hər işin əvvəl və sonrasını yaxşı-yaxşı nəzərdən keçirin. Borclarınız belə sizi milyonçu edə bilər, sadəcə düzgün qərar vacibdir.

Ən sərfəli kredit üçün müraciət et

Pulunuza sevgiliniz kimi davranın

Hər kəs maliyyə müstəqilliyi istəyir. Lakin istəmək sadəcə hiss olaraq qalanda nəticə olmur. İstəkləri hərəkətlərə çevirmək lazımdır. Pul da qadınlar kimi diqqət istəyir. Siz onu arxa plana atsanız, o da sizi arxa plana atacaq. Əgər siz onu sevməsəniz, onu başqa istəyənlərin həmişə olduğunu unutsanız, pul sizdən gedəcək.

Pul yatmır

Pul saatlar, zaman, cədvəllər və tətillərdən bixəbərdir. Pul elə insanları sevir ki, o insanlar günün hansı saatı, tətilin hansı günü olur-olsun qarışqa kimi çalışsınlar. Pul çalışmağı sevən insanları sevir. Əgər sıfırdan milyonçu olmuş iş adamlarının həyatına baxsanız, hələ uşaqlıqdan iş etikasına yiyələndiklərini görərsiniz. Çalışmaq pul qazanmağın qızıl qaydasıdır.

Kasıb olmaq yaxşı bir şey deyil

Hər kəs həyatında maliyyə çətinlikləri ilə üzləşir. Bəzən insanlar pulsuzluğu insani keyfiyyətlərlə qarışdırırlar. Bill Gates-in dediyi kimi: “Kasıb doğulmaq sizin günahınız deyil, kasıb ölmək isə sizin günahınızdır.”

İşi biləndən öyrənin

Demək olar ki, əksəriyyətimiz, orta və aşağı gəlirli təbəqədən sayılırıq. Lakin bunu dəyişmək öz əllərimizdədir. Sizdən əvvəl milyonçu olmuş milyonlarla insan var. Onların təcrübəsi sizin üçün var. İstifadə edin. Əmin olun ki, onların nə vaxtsa qarşılaşmış olduqları problemlər sizi də gözləyir. Nəticə etibarı ilə eyni yolu gedirsiniz axı. Sadəcə sizdən əvvəlkilərin etdiklərini təkrarlamaqla siz də bacara bilərsiniz.

$10 milyon hədəf qoyun, əgər $1 milyon istəyisinizsə

İnsanların uğursuzluğunun əsas səbəbi böyük düşünməməkdir. Arzular limitlənməməlidir. Hər zaman ən fantastik hədəflərlə işə başlayın, bir də baxacaqsınız ki, imkansızı bacarmısınız. Bu dünyada pul qıtlığı yoxdu. Yeganə qıtlıq arzulardadır. Çox istəməkdən çəkinməyin.

Sevinc Hüseynova, banco.az