2050-ci ildə 5 trilyon kubmetr qaz istehlak ediləcək | Banco.az

2050-ci ildə 5 trilyon kubmetr qaz istehlak ediləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal təbii qaz tələbatının 2050-ci ildə 34 faiz artaraq 5 trilyon 360 milyard kubmetrə çatacağı gözlənilir.

Banco.az xəbər verir ki, qlobal təbii qaz istehlakı 2022-ci ildə 4 trilyon 15 milyard kubmetr olaraq qeydə alınıb.

Sözügedən istehlakın 2050-ci ilə qədər 34 faiz artaraq 5 trilyon 360 milyard kubmetrə çatacağı gözlənilir.

Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hazırladığı “2050” hesabatında tələbin artmasında mühüm amillər kimi əhalinin və iqtisadi istehsalın artması, havanın keyfiyyətinin yaxşılaşdırılması, istixana qazı tullantılarının azaldılması və kömür və neftdən qaza keçidə yönəlmiş siyasətlər göstərilib. Təkcə elektrik enerjisi istehsalı sektorundan qaynaqlanan tələbat artımı 500 milyard kubmetr olaraq hesablanıb.

Hesabatda həmçinin bildirilir ki, kömürlə işləyən elektrik stansiyalarına meylin azalacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Regional nöqteyi-nəzərdən baxıldıqda təbii qaza tələbat artımının böyük hissəsinin sürətlə böyüyən Asiya-Sakit Okean bazarlarından və qazla zəngin Yaxın Şərq və Afrika ölkələrindən gələcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram