Müəllif: Gülnar Əhmədli, Banco.az
Son illərdə texnologiya əhəmiyyətli dərəcədə inkişaf etdiyi üçü süni intellekt alətləri ortaya çıxmağa başlayıb. Kiçik ölçülü smartfonlardan internet saytlarına qədər hər sahədə öz yerini tapan süni intellekt gündəlik həyatımızı xeyli asanlaşdırır.
Təbii ki, süni intellekt dünyası böyük rəqabətin mərkəzinə çevrilib. "Google", "Microsoft" və "OpenAI" kimi şirkətlər bu sahədə irəliləmək üçün addımlar atır.
2023-cü ilin bitməsinə çox az vaxt qalıb. Bununla bağlı hər il olduğu kimi şirkətlər öz sahələri ilə bağlı statistik məlumatları açıqlayıb. "Writerbuddy.ai" də ən çox ziyarət edilən AI alətlərinin adlarını açıqlayıb.
14 milyarddan çox ziyarət edilən "ChatGPT" ən populyar süni intellekt alətləri siyahısında birinci olub.
1. ChatGPT - 14.6 milyard
2. Character.ai - 3.8 milyard
3. Quillbot - 1.1 milyard
4. Midjourney - 500.4 milyon
5. Hugging Face - 316.6 milyon
6. Google Bard - 241.6 milyon
7. NovelAI - 238.7 milyon
8. Capcut - 203.8 milyon
9. Janitor AI - 192.4 milyon
10. Civitai - 177.2 milyon
Bizi sosial şəbəkələrdən izləyin!!