2019-cu ildə bank fəaliyyətini təyin edəcək 5 innovativ texnologiyalar | Banco.az

2019-cu ildə bank fəaliyyətini təyin edəcək 5 innovativ texnologiyalar

1. Səs texnologiyaları (Voice technologies)

Səs istifadəçilərinin artması səs bankçılığa olan marağı daha da artırmaqdadır. İstifadə rahatlığı və vaxt qənaəti insanların səs köməkçilərindən istifadə etmələrinin əsas üstünlüklərindəndir.

Səsli bankçılıq, hesab balansından tutmuş pul hərəkətinə qədər bank üçün ən sürətli və əlverişli bir yoldur. Səs texnologiyaları vasitəsilə banklara zəng edən müştərilər etmək istədikləri əməliyyatları bir neçə kəlmə söyləməklə uyğun menyuya avtomatik olaraq yönləndirilirlər. Sistem “Kredit kartını ödəmək istəyirəm”, “Kredit katımın şifrəsini unutmuşam” və s. bu kimi sualları cavablandırmaqla yanaşı, bank məhsul və xidmətləri haqqında məlumatlar verir. İstifadə rahatlığı və vaxt qənaəti insanların səs köməkçilərindən istifadə etmələrinin əsas səbəbləridir. Bir çox bank və maliyyə qurumları müştərilərinə bu xidməti təklif edir.

JP Morgan, Mastercard, Wells Fargo, Kanada Royal Bankı, Barclays, Santander və digərləri tərəfindən istifadə olunur.

Businessman holding a vocal search system with button and icon3d rendering Premium Photo

2. Dələduzluğun aşkarlanması üçün süni intellektin tətbiqi (Artificial intelligence for fraud detection)

Dələduzluq bank sektorunun hələ də mübarizə apardığı əsas problemlərdəndir. Bu problem banklara müştərilərin inamını azaldır, bununla da, onların gəlirlərini azalmasına gətirib çıxarır. Maliyyə institutları öz illik gəlirinin 5%-ni dələduzluq nəticəsində itirir. Banklar təhlükəsizlik üçün bir neçə yola əl atsa da, təkcə keçən il dünyada 14.2 milyon kredit kart kodları oğurlanmışdır.

2019-cu ildə nəzərdən keçirməyiniz lazım olan bu texnologiya fırıldaqçılığın qarşısının alınması üçün süni zəkadır.

Ən sərfəli kredit üçün müraciət et

Related image

3. Çatbotlar (Finance chatbots)

Xərcləri azaltmaq və istifadəçi suallarına şəxsi, dərhal cavab vermək üçün, getdikcə daha çox bank müştəri xidməti və təyyarə prosedurlarının bir hissəsi olaraq chatbotlardan istifadə edir.

Maliyyə sənayesində maliyyə məsləhətləri vermək, yeni hesablar açmaq, dəstək vermək və istifadəçi xidmətini yaxşılaşdırmaq üçün hazırlanmış çox sayda çatbotlar var. Xaricdə bunlardan daha çox istifadə edilsə də, Azərbaycanda yalnız Rabitəbank və Azər Türk Bank tərəfindən tətbiq olunur.

Related image

4. Passiv qəpik əmanəti (Passive penny savings)

Gəlirlərin sabit, xərclərin davamlı artması insanları maliyyə vəziyyətini çətinləşdirir və yığıma olan ayırmalarını azaldır. Bu texnologiya isə kart vasitəsilə ödəniş edərək xərclədiyiniz məbləği yuvarlaqlaşdıraraq qalıqları investisiya edir. Məsələn, 5.37 manat pul xərclədiyinizdə 63 qəpik yığıma avtomatik yönəlir. Bu texnologiya, daha çox pulunuzu deyil, hər gün bir az qənaət etməyə kömək etmək üçün hazırlanmış “passiv qəpik biznes” modelidir.

Close up hand putting coins into clear money jar Premium Photo

5. Smart avtomatlaşdırılmış investisiya (Smart automated investing)

Fond bazarına olan investisiyaların riski olduğunu nəzərə alsaq, bu texnologiya vasitəsilə artıq hər kəs investisiya edə biləcək. Belə ki, bu “Robot-məsləhətçi” istifadəçilərə maliyyə məqsədlərini müəyyənləşdirməyə kömək edərək bütün riskləri qiymətləndirir və onların istəklərinə uyğun investisiya imkanları təklif edir.

Tərlan Qəhrəmanova, banco.az