2019-cu il depozitlərin həcmi | Banco.az

2019-cu il depozitlərin həcmi

Depozit müəyyən müddətə və məqsədlə saxlanılmaq üçün banka və ya başqa kredit təşkilatına verilən puldur. Banklar depozit vasitəsilə pul cəlb edərək öz resurslarını və ya kredit vermə imkanlarını artırırlar.

Depozit haqqında daha ətraflı məlumatı və hesablanma qaydasını aşağıdakı linklərdən əldə edə bilərsiniz.

Həmçinin oxu: https://banco.az/az/news/depozitler-novleri-ve-xususiyyetleri

Həmçinin oxu: http://banco.az/az/news/depozit-uzre-faizlerin-hesablanmasi-sade-faizler

Həmçinin oxu: http://banco.az/az/news/depozit-uzre-faizlerin-hesablanmasi-murekkeb-faizler

İndi isə birlikdə 2019-cu ilin yanvar-aprel ayları üzrə depozitlərin dinamikasını nəzərdən keçirəcəyik. 2019-cu ildə depozitlərin cəmi həcmi həm artmaqla, həm də azalmaqla özünü biruzə verir. Daha detallı desək, yanvar ayı üçün depozitlərin ümumi miqdarı 18 547.4 milyon manat olmuş, növbəti aydan 3% artaraq 19 118 milyon manata çatmışdır. Lakin mart ayından bu həcm 2.86% azalma ilə nəticələnmişdir. Apreldən etibarən artma müşahidə olunsa da, bu çox cuzi olmuşdur. Əvvəlki ayla müqayisədə bu artm 1.23%, məbləğlə desək, 229.6 milyon manat oldu.

Ən sərfəli kredit üçün müraciət et

Əvvəlcə qeyd edək ki, depozitlər hüquqi və fiziki şəxslərin depozitləri olaraq 2 yerə bölünür. Depozitlərin strukturuna baxdıqda isə bu azalma və ya artmanın fiziki, yoxsa hüquqi şəxslərin depozitləri hesabına baş verdiyini görə bilərik. Aşağıdakı histoqramda da göründüyü kimi 2019-cu ilin yanvar-aprel aylarında fiziki şəxslərin depozitlərinin artdığını müşahidə edirik. Hüquqi şəxslərin depozitləri isə fevraldaan sonra azalmağa başlayıb. Burdan da aydın olur ki, əsas hissəsi hüquqi şəxslər hesabına formalaşan depozitlərin ümumi həcminin azalması da elə bu təbəqənin depozitlərini azaltmasıdır. Digər tərəfdən də, baxmayaraq ki, aybaay hüquqi şəxslərin depozitləri azalır, aprel ayında ondan əvvəlki aya nisbətən ümumi göstəricidə artım baş verib. Səbəb isə hüquqi şəxslərin depozitlərindəki azalma1.38%, fiziki şəxslərin depozitləri bunun əvəzində 4.5% artaraq, ümumi həcmdə artıma gətirib çıxarmışdır.

*Azərbaycan Respublikası Maliyyə Bazarlar Palatasının statistik məlumatlarına əsasən hazırlanmışdır.

Tərlan Qəhrəmanova, banco.az