Bitcoin-in əvvəlcə özünün normal bazar manipulyasiyalarından təsirlənməməsinə baxmayaraq, son vaxtlar bu proses bir qədər dəyişib. Kriptovalyutaların əcdadının yeni ilin əvvəlində yaşadığı ciddi eniş bazara ciddi təsir etsə də, bir çox kriptovalyuta mütəxəssisi əvvəlki illərdə verdikləri nümunələrlə bunun çox normal olduğunu izah etməyə çalışıblar.
Xüsusilə, bu fikri müdafiə edən mütəxəssislərin əsas istinad nöqtəsi isə çinli istifadəçilər və investorlar üçün əhəmiyyətli bir tarix olan Çin təqviminə görə yeni illə üst-üstə düşməsidir. Hər ilin bu hissəsində çinli istifadəçilərin hesablarındakı Bitcoin-ləri çəkərək sevdikləri, doğmaları üçün ərcləyirlər və bəzi sərmayədarlar bunun təbii nəticəsi olaraq Bitcoin-in hər il bu dönəmlərdə eniş yaşadığını düşünürlər.
Eyni zamanda, çinlilər yalnız hədiyyələr almaqla kifayətlənmirlər. İlin bu vaxtlarında tətil xərcləri üçün xeyli miqdarda pul xərcləyən çinlilərin bu səbəbdən öz Bitcoin-lərini xərclədiyi deyilir. Eynən Miladın xristianlar üçün xüsusi olduğu kimi, yanvarın əvvəllərinin də çinlilər üçün xüsusi məna daşıdığını deyə bilərik.
Ayı mühakimə edin
Dekabr ayının ortaları Bitcoin sərmayəçiləri üçün uğurlu keçdi. Bitcoin yeni rekord müəyyənləşdirərək 20 min dollara çatdı. Ancaq 2018-ci ilin əvvəlində işlər tərsinə getməyə başladı. Yanvarın əvvəlində bu kriptovalyutanın dəyəri 10 min dollardan da aşağı düşdü. Məsələ ilə bağlı danışan məşhur ticarət paylaşma platforması olan “Sprinkle Bit” şirkətinin baş direktoru Aleksandr Vallin bu fikirləri səsləndirib:
“Bitcoin-in hər il bu günlərdə enməsinə təsadüf kimi baxmaq düzgün deyil. Əslində, hər kəs nə olduğunu bilir. Çin təqviminə görə ilin əvvəllərində çinlilər öz kriptovalyutalarını nağdlaşdırıb hədiyyələr, tətil üçün xərclədilər. Tətilə fevralın 16-dan başlayan çinlilər gedəcəkləri yerlərin rezervasiyası üçün yanvarın əvvəlini məqsədəuyğun hesab edir və bu da bazarda qiymət enişinə öz təsirini göstərir”.
Bu, o deməkdir ki, Aleksandr Vallin də enişi Çinin bilavasitə təsiri ilə əlaqələndirir. Çin bildiyimiz kimi, əsas kriptovalyuta bazarlarının cəmləşdiyi ölkədir.
Qəribə təsirlər hökm sürür
Bitcoin-in Bitcoin manipulyasiyalara açıq olub-olmadığı ciddi müzakirə mövzusudur. Bəzi fikirlərə görə, Bitcoin digər ənənəvi səhmdar birjalara nisbətən manipulyasiyalardan daha az təsirlənir. Bununla yanaşı, bəzi mütəxəssislər bunun tam əksini düşünür.
Bu fikrin sübutu olaraq dekabr ayında yaşanan Şimali Koreya və ABŞ böhranına diqqət yetirək. ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında nüvə təhlükəsizliyi ilə əlaqədar yaranan fikir ayrılığından dolayı global birja bazarları hadisəyə pis reaksiya vermiş və az qala 1% -lik bir dəyər itkisinə məruz qalmışdı. Ancaq həmin vaxt Bitcoin öz mövqeyini möhkəmləndirirdi.
Bəzi nəzəriyyə və fikirlərə görə, Bitcoin olduqca manipulyasiyaya meyllidir. Dünyadakı maliyyə inqilabının ayaq izləri hesab edilən və gələcəyin valyutası kimi göstərilən bir nəsnənin qiymətində dəyişkənliyin olmasını doğru hesab etməyən mütəxəssislər bunu Bitcoin-ə qarşı sübut kimi istifadə edir.
Buna baxmayaraq, son 4 ildə reallaşan ilin əvvəlindəki ucuzlaşmalar artıq xroniki hal alıb. Ən azından satış edilən vaxt bunu nəzərə alaraq daha ciddi düşünmək olar.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.