1.Photoshop Lightroom CC
Oktyabr ayında satışa çıxarılan “Lightroom” yeni versiyada təqdim edilib. Belə ki, hərkəs tərəfindən köhnə versiyanın bir yenilənməsi olaraq gözlənilən proqram, gözləntilərin əksinə “Creative Cloud” dəstəkli tamami ilə fərqli bir proqram olaraq düzəldilib.
Artıq proqram vasitəsi ilə şəkilləri düzəldərək “Cloud” (bulud) vasitəsi ilə paylaşmaq mümkündür. Eyni zamanda, proqramdan telefon və planşetlərdə də istifadə etmək olar. “Proqram Adobe Sensei” axtarış sisteminə qoşulub. Belə ki, hər bir şəkilə açar sözləri əlavə edərək paylaşmaq olur.
2. Adobe Photoshop Curvature Pen tool (Əyrilik qələmi aləti)
Əgər “Creative Cloud”a abunəsinizsə “Photoshop”un yeni “Pen tool”u ilə tanış olmusunuz. Oktyabrdan proqrama əlavə edilən “Curvature Pen” tool vasitəsi ilə siz nöqtələr qoyaraq əyrilik yarada bilirsiniz. Bu da işinizi digər “Pen tool”a nisbətən asanlaşdırır. İti bucaqları çəkmək üçün mükəmməl vasitədir.
3. İllustrator CC Puppet Warp tool (Cizgi əymə aləti)
“Puppet Warp tool” “Adobe Photoshop” proqramında CS5 versiyasından bu yana mövcuddur. Oktyabr ayında “Adobe” bu aləti “İllustrator CC” proqramına əlavə etdi.
Bu alət vasitəsi ilə siz dizaynınızın müxtəlif hissələrində sancaqlar yerləşdirmək və ətrafdakı sancaqlar çəkərək onları əyə bilərsiniz. Ən əsası, təsir yalnız seçdiyiniz ərazidə tətbiq olunur, digər hissələr isə təsirsiz hala gəlir.
4.Illustrator üçün Cineware əlavəsi
“Maxon” firmasının “İllustrator” üçün hazırladığı bu əlavə vasitəsi ilə siz 3D dizaynları 2D dizaynlarla birləşdirərək öz dizaynınızı daha da gözəlləşdirə bilərsiniz. Əlavə sizə 3D faylları İllustrator proqramında rəngini, materialını işıq və kölgəsini eyni zamanda kamera baxışını dəyişmək imkanı verir. Cinema 4D lisenziyanız olmasa da “Cineware” vasitəsi ilə 3D faylları asanlıqla “İllustrator”da açaraq düzəlişlər edə bilərsiniz.
Qeyd edək ki, “Cineware”,eyni zamanda, “Adobe After Effects CC” programında da mövcuddur və “Cinema 4d Lite” və “Cinema 4d Export” imkanları pulsuz olaraq istifadəyə verilmişdir.
5. Invision Studio
2018 Yanvar ayında satışa çıxarılması planlanan InVision Studio UI/UX dizaynerləri üçün əvəzedilməz proqram olacağı düşünülür. Böyük iddiaları ilə tizeri göstərilən inVision Studio proqramı vasitəsi ilə statik dizaynlar düzəltməkdən əlavə olaraq prototip hazırlaya və onlarda düzəlişlər edə bilərsiniz. Proqramın Photoshop və Sketch proqramlarına rəqib olacağı düşünülür.
6. Lightwell
Bir çox alət hər hansı bir kodu bilmədən prototip tətbiq etməyə icazə verərkən, Lightwell mobil tətbiqlər yaratmağa imkan verir. IPhone, iPad və OS X üçün mövcud olan bu ağıllı vasitə, 2D dizaynlarınızı yükləmək və interaktiv hekayə proqramlarına çevirmək imkanı verir.
Dizaynerlər, rəssamlar və kreativ agentliklər üçün hazırlanan Lightwell, daha əvvəl uşaqlar üçün interaktiv tətbiqlər hazırlayan “Hullabalu”nun məhsuludur. Lightwell, “Apple Store”da pulsuzdur. 2018-ci ildə “Google Play Store”da da satışa çıxarılacaq.
7.Adobe Photoshop Select Subject
Əvvəllər “Photoshop”da müəyyən bir yeri seçib kəsmək və ya bir əşyanı fondan çıxarmaq çətin idi. İllər keçdikcə seçimi asanlaşdıran müəyyən alətlər əlavə olundu və hal hazırda bunun müxtəlif alternativ yolları var. Yeni Seçim aləti olan Select Subject vasitəsi ilə əşyaları artıq biz yox proqram özü çıxaracaq. Bu alətin tezliklə proqrama əlavə olunmasını ümid edirik.
Mənbə: facemark.az