2018-ci il üzrə sığorta bazarının göstəriciləri AÇIQLANIB | Banco.az

2018-ci il üzrə sığorta bazarının göstəriciləri AÇIQLANIB

2018-ci il ərzində ölkədə fəaliyyətdə olan 21 sığorta şirkəti tərəfindən 728.0 mln. manat məbləğində sığorta haqları toplanıb, 240.3 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.           

Könüllü sığorta bazarı üzrə haqlar 536.2 mln. manat, ödənişlər isə 172.5 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 191.8 mln. manat, ödənişlər isə 67.8 mln. manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

2018-ci il ərzində sektor üzrə məcmu sığorta haqlarının 73.7%-i  könüllü, 26.3%-i isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin isə 71.8%-i könüllü, 28.2%-i  icbari sığorta növləri hesabına formalaşıb.

2018-ci ilin yanvar-dekabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.