Statista.com 15 000 iştirakçını əhatə edən qlobal sorğu aparıb aparıb, sorğu iştirakçıları müxtəlif şirkətləri etibarlılıq /dürüstlük, ictimai davranış, şirkət işəgötürən qismində və şirkətin məhsul və ya xidmətinin göstəriciləri kimi fərqli meyarlara görə qiymətləndirib. Siyahıda 61 ABŞ və 42 Yapon şirkəti iştirak edir, lakin bu üstünlüklərə baxmayaraq, Almaniyanın Siemens şirkəti 2017-ci ildə dünyanın ən yaxşı şirkəti seçilib.
351 000 əməkdaş ilə Avropanın ən böyük sənaye istehsalçısı olan Siemens, ötən ili 90 milyard dollarlıq satış və 6,4 milyard dollar mənfəətlə başa vurub, aktivlərin həcmi 150 milyard dollar, market kapitallaşması isə 119,7 milyard dollar civarındadır. Fransanın “Michelin Group”u ən yaxşı şirkətlər siyahısında ikinci, Google-un məxsus olduğu Alphabet isə siyahının üçüncüsü olub