2017-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 556,866,578 manat sığorta haqqı toplanıb. Həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 257,109,597 manat təşkil edib.
Həmçinin bax:
Sığorta haqqına görə sığorta şirkətlərinin reytinqi
Sığorta ödənişlərinə görə sığorta şirkətlərinin reytinqi
Bildiyimiz kimi sığorta şirkətlərinin əsas gəlirini toplanan sığorta haqları təşkil edir. Sığorta ödənişlərinin sığorta haqlarından çox olması isə həmin dövrdə şirkətin gəlirdən daha çox xərcinin olduğunu göstərir.
Qeyd edək ki, sığorta haqları və sığorta ödənişləri üzrə açıqlanan siyahıdan məlum olur ki, 2 sığorta şirkətinin ödənişləri daxilolmalarından daha çox olub. Həmin sığorta şirkətləri aşağıdakılardır:
Sığortaçının adı |
Sığorta Haqları (AZN) |
Sığorta Ödənişləri (AZN) |
“Atəşgah Həyat” Sığorta |
38 369 909,56 |
55 046 153,06 |
“Amrah Sığorta” |
21 548,45 |
72 446,16 |
Belə ki, “Atəşgah Həyat” Sığortanın ödənişləri sığorta haqlarından 30,3% çox, “Amrah Sığorta”nın ödənişləri isə toplanılan sığorta haqlarından 70% çoxdur.