Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 11-nin bu ilin yanvar-mart aylarındakı xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.
Bunlar "Amrah Bank", "Bank Avrasiya", "Azərbaycan Sənaye Bankı", "Azərbaycan Beynəlxalq Bankı", "AGBank", İran Milli Bankının Bakı filialı, "Atabank", "Yapı Kredi Bank Azərbaycan", "Bank VTB Azərbaycan", "Azər-Türk Bank" və "Bank of Baku"dur. Ən çox azalma "Bank of Baku"da (70,5%), ən az azalma isə "Amrah Bank"da (0,4%) qeydı alınıb.
1 bankın - "Rabitəbank"ın xərcləri demək olar ki, dəyişməyib.
Qalan 18 bankın xərcləri isə artıb. Ən yüksək dinamika "Günay Bank"da (65,4%), ən aşağı dinamika isə "Access Bank"da (1%) qeydə alınıb.
5 bankın xərcləri 20 milyon manatdan çoxdur
Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin xərcləri 20 milyon manatdan çox olub.
Bunlar "Kapital Bank" (62,768 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (52,889 milyon manat), "Access Bank"dır (28,018 milyon manat), "PAŞA Bank" (25,917 milyon manat) və "Unibank"dır (22,82 milyon manat).
Qalan 25 bankdan 9-da xərclər 10-20 milyon manat arasında, 14 bankda isə 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.
Renkinq.az