13 bankın Mərkəzi Bankdakı vəsaitləri azalıb | Banco.az

13 bankın Mərkəzi Bankdakı vəsaitləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 16-sı bu il aprelin 1-nə olan vəziyyətə görə, Mərkəzi Bankdakı vəsaitlərinin ayrıca illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 3-də müsbət, 13-də isə mənfi dinamika müşahidə edilib.

Mərkəzi Bankdakı vəsaitlərini artırmış banklar "Azərbaycan Sənaye Bankı", "Naxçıvan Bank" və "Yapı Kredi Bank Azərbaycan"dır. Bu banklarda müsbət dinamika müvafiq olaraq 2,4 dəfə, 77,3% və 29,5% olub.

İl ərzində Mərkəzi Bankdakı vəsaitləri azalmış banklar isə "Günay Bank", "Nikoyl Bank", "Access Bank", "Premium Bank", "AGBank", "Muğan Bank", "Kapital Bank", "Zıraat Bank Azərbaycan", "Atabank", Pakistan Milli Bankının Bakı filialı, "AFB Bank", "Xalq Bank" və "Bank Avrasiya"dır. Ən kəskin azalma "Bank Avrasiya"da (93%), ən yumşaq azalma isə "Günay Bank"da (2,2%) baş verib.

Mərkəzi Bankdakı vəsaitlərinin dinamikasını açıqlamayan banklar "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank BTB", "Bank of Baku", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Express Bank", İran Milli Bankının Bakı filialı, "NBC Bank", "PAŞA Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank"dır. 

 

4 bankın Mərkəzi Bankdakı vəsaitləri 50 milyon manatdan çoxdur

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 16-sı bu il aprelin 1-nə olan vəziyyətə görə, Mərkəzi Bankdakı vəsaitlərinin məbləğini ayrıca açıqlayıb ki, bunlardan da 4-də sözügedən göstərici 50 milyon manatdan çoxdur.

Bunlar "Kapital Bank" (207,058 milyon manat), "Naxçıvan Bank" (84,092 milyon manat), "Nikoyl Bank" (61,324 milyon manat) və "Access Bank"dır (50,012 milyon manat).

Qalan 12 bankdan 5-nin Mərkəzi Bankdakı vəsaitləri 10 - 50 milyon manat arasında, 7 bankın Mərkəzi Bankdakı vəsaitləri isə 10 milyon manatdan azdır. Mərkəzi Bankdakı vəsaitləri ən az olan bank ölkədə ən kiçik bank sayılan Pakistan Milli Bankının Bakı filialıdır. Filialın Mərkəzi Bankdakı vəsaitləri cəmi 423 min manatdır.

Mərkəzi Bankdakı vəsaitlərinin məbləğini açıqlamayan banklar "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank BTB", "Bank of Baku", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Express Bank", İran Milli Bankının Bakı filialı, "NBC Bank", "PAŞA Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank"dır. 

Renkinq.az