10 bənddə ötən həftə necə keçdi | Banco.az

10 bənddə ötən həftə necə keçdi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən həftə dünya bazarlarının gündəmində Çinin karantin tədbirlərini sərtləşdirməsi fonunda yaranan narahatlıqlar, ölkələrin iqtisadi artım göstəriciləri və digər bir sıra məsələlər olub.

Banco.az 21 noyabr tarixində başlayıb 27 noyabrda başa çatan həftənin əsas xəbərlərini diqqətinizə çatdırır.

1. Dünyanın ən iri yaxtasının hazırlanmasına başlanılıb

Böyük tısbağa formasında dizayn edilən və içərisində alış-veriş mərkəzlərindən restoranlara, plazalardan evlərə qədər bir çox binanın yerləşdiriləcəyi tikilinin ümumi dəyəri 8 milyard dollar hesablanıb. Layihənin rəhbəri İtaliyanın “Lazzarinimemarlıq şirkətidir.

2. İngiltərə mənzil qiymətlərinin ucuzlaşması gözlənilir

Birləşmiş Krallığa daxil olan ərazilərdə həyat standartlarının bahalaşması, iqtisadi ləngimənin sürətlənməsi və bunun da öz növbəsində işsizliyin artmasına gətirib çıxarması səbəbindən mənzillərin qiymətinin yaxın 2 ildə orta hesabla 9 faiz ucuzlaşacağı proqnozlaşdırılır.

3. Belçikada 4 günlük iş həftəsinə start verilib

Belçikada işçilərin həftə ərzində 4 gün işləməsini nəzərdə tutan yeni rejimin tətbiqi 21 noyabr tarixindən etibarən başlayıb.

4. “Disney” şirkətinin keçmiş icraçı direktoru yenidən vəzifəsinə qayıdıb

“Disney”in keçmiş icraçı direktoru Bob İger təqaüdə çıxdıqdan bir il keçməmiş şirkətə geri dönməli olub ki, bunun da əsas səbəbi media nəhənginin hazırda çətin dövrlərdən keçməsidir. Bir müddətdir ki, ucuzlaşmaqda olan şirkət səhmləri isə İgerin qayıdışından sonra bahalaşmağa başlayıb.

5. İl ərzində ən çox sərvət itkisi ilə üzləşən milyarderlərin adları açıqlanıb

Blomberg Milyarderlər İndeksinə görə, bu il şəxsi sərvətində ən çox geriləmə yaşayan milyarderlər artan sıra ilə Zenq Yugun, Fil Nayt və ailəsi, Bill Qeyts, Makkenzi Skott, Sergey Brin, Larri Peyc, Ceff Bezos, Changpeg Zhao, Mark Zukerberq, İlon Mask olub.

6. “Audi” avtomobil şirkəti loqosunu yeniləyib

1909-cu ildə yaradılan “Audi” markası simvolik dörd halqalı loqosunun dizaynını dəyişib. Ancaq əsaslı yenilənmənin tətbiq edilməməsi diqqətdən yayınmayıb. Belə ki, loqoya 2D və daha kompakt görünüş verilib.

Ən sərfəli kredit üçün müraciət et

7. İngiltərənin tarixi futbol klubu “Mançester Yunayted” satışa çıxarıla bilər

“Mançester Yunayted”i 17 il əvvəl satın alan ABŞ-lı Qleyzer ailəsi futbol klubunun satışı üçün maliyyə məsləhətçiləri ilə işləməyə başlayıblar.

8. FED-in ilin yekun iclası üçün tarix müəyyənləşib

FED-in rəsmi vebsaytında dərc olunan iclas təqviminə görə, ilin yekun iclası dekabrın 13-14-də baş tutacaq. Bank bu iclasda həm sonuncu faiz qərarını, həm də 2023-cü il üzrə iqtisadi proqnozlarını bəyan edəcək.

9. 2023-cü ildə səfər üçün ən ucuz Avropa ölkələrinin adları açıqlanıb

Büdcənizə uyğun səfər destinasiyası axtarırsınızsa, ən sərfəli ölkələr aşağıdakılardır:

  • Macarıstan

  • Portuqaliya

  • Sloveniya

  • Bolqarıstan

  • Rumıniya

  • Slovakiya

  • Moldova

10. Avropa İttifaqı Rusiyaya yeni sanksiyalar paketini hazır edib

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 9-cu sanksiyalar paketini hazırladığını bəyan edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram