ATM-lərin 95 faizi Windows XP ilə işləyir
Hakerlər, 2014-cü ildə qlobal iqtisadiyyatı təhlükəyə qoyacaq hücumlar edə bilər. Hücumun hədəfi isə kredit kartları deyil, az qala hamısı hələ də Windows XP ilə işləyən ATM-lər ola bilər. Microsoftun 2001-ci ildə istifadəyə verdiyi və 3 ay sonra rəsmi dəstəyini dayandıracağını açıqladığı Windows XP, hakerlər üçün çox böyük bir hücum potensialı əmələ gətirir. Səbəbi, təhlükəsizlik infrastrukturunun müasir kompyuter əməliyyat sistemləri ilə müqayisədə çox geridə qalması və hazırda qlobal sahədə ATM-lərin 95 faizində Windows XP əməliyyat sistemindən istifadə edilməsidir.
Microsoft-un məlumatına görə, digər əməliyyat sistemləri ilə müqayisədə, Windows XP istifadəçiləri 6 dəfə daha çox riski altındadır.
Artıq ABŞ-ın ən böyük ATM tədarükçüsü NCR şirkəti XP-nin qlobal iqtisadiyyat üçün ciddi təhlükə yaratdığı xəbərdarlığını edib. Qısacası, hackerlər tərəfindən ələ keçərilən bankomantlardan pulun qeyri-qanuni çaxırılmasına başlanılması, dünyanın bir çox yerində xaosa səbəb ola bilər.
MICROSOFT-dan TƏCİLİ TƏDBİR
8 Aprel 2014- dən Microsoftun, Windows XP-yə texniki dəstəyi dayandırması ilə hərəkətə keçən NCR, ATM proqramlarının yenilənməsinin lazım olduğunu bildirib. “Bloomberg Businessweek”ə görə, yalnız ABŞ-da 420 min ATM risk altındadır. Məlumatlara görə, ABŞ-dakı ATM-lərin yalnız 15 faizi Windows 7 ilə çalışır. Yaranan narazılığı anlayan Microsoft, ötən həftə Windows XP-nin casus proqramlara qarşı qorunması üçün 14 İyul 2015-ə qədər texniki dəstək veriləcəyini açıqladı. Windows 9-u 2015-in ortalarında təqdim edəcəyi gözlənilən Microsoftun ATM təhlükəsizliyi üçün maliyyə təşkilatları və ya dövlətlərlə əməkdaşlıq edib-etməyəcəyi bilinmir.
marja.az