1 dəqiqə ərzində internetdə nə baş verir? | Banco.az

1 dəqiqə ərzində internetdə nə baş verir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

İnternetdən istifadəninin təhlil edildiyi yeni hesabatda 2023-cü ildə onlayn aktivliyin hansı səviyyədə olduğu məlum olub. Məlumatlarda bir çox sahələrdə istifadənin əhəmiyyətli dərəcədə artdığı göstərilsə də, artımın yavaşladığı da qeyd edilir. 

"Domo" tədqiqat qrupu tərəfindən hazırlanan "Data Never Sleeps" hesabatının 2023-cü il nəşrinə görə, keçən il dəqiqədə 231,4 milyon göndərilən elektron məktubların sayı bu il dəqiqədə 241 milyon e-poçta yüksəlib. "Google" axtarışları isə hər 60 saniyədə 6,3 milyondan çox sorğu yaradıb.

Bununla belə, internetdəki bütün məlumatların artdığını söyləmək mümkün deyil. Məsələn, ötən illə müqayisədə bu il dəqiqədə atılan tvitlərin sayı azalaraq 360 min olub. Daha çox diqqət çəkən məqam isə axın məzmununun azalması olub (YouTube videoları, Netflix filmləri və s.). 2022-ci ildə dəqiqədə 114 illik məzmun izlənilirdisə, 2023-cü ildə bu ədəd 43 ilə enib.

Hesabat göstərir ki, internetin əlçatanlığı qlobal miqyasda genişlənib. On il əvvəl cəmi 2,1 milyard olan internet istifadəçilərinin sayı hazırda təxminən 5,2 milyarddır. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et