Şəbəkə təhlükəsizliyi inzibatçısı | Banco.az
Rabitəbank

Şəbəkə təhlükəsizliyi inzibatçısı

Vakansiya haqqında məlumat: 

“Rabitəbank” ASC İT Təhlükəsizliyi departamentinin Bank sistemlərinin təhlükəsizliyi şöbəsində Şəbəkə təhlükəsizliyi inzibatçısı vəzifəsinə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • “Web Application Firewall” həllinin idarə edilməsi;
  • “Network Access Control” həllinin idarə edilməsi;
  • “Next-Generation Firewall” həllinin qaydalarının təkmilləşdirilməsi;
  • Şəbəkə təhlükəsizliyi üzrə tövsiyələrin verilməsi.

Tələblər

  • Şəbəkə təhlükəsizliyi üzrə minimum 1 il iş təcrübəsi;
  • Şəbəkə inzibatçılığı üzrə minimum 2 il iş təcrübəsi;
  •  “Web Application Firewall” həllərinin idarə olunması üzrə iş təcrübəsi;
  • “Network Access Control” həllərinin idarə olunması üzrə iş təcrübəsi;
  • CDN platformalarının idarə olunması üzrə iş təcrübəsi;
  • IPS qaydalarının yazılması və təkmilləşdirilməsi üzrə iş təcrübəsi;
  • “Next-Generation Firewall” həllərinin idarə olunması üzrə iş təcrübəsi arzuolunandır;
  • Şəbəkə protokolları və cihazları haqqında dərin biliklər;
  • Şəbəkə təhlükəsizliyi konsepsiyaları üzrə dərin biliklər;
  • “MITRE ATT&CK Framework” və “Cyber ​​Kill Chain” metodologiyaları haqqında anlayış;
  • Şəbəkə təhlükəsizliyi üzrə beynəlxalq sertifikatlara sahib olmaq arzuolunandır.

Müraciət etmək üçün daxil olun: