İnsan Resursları Departamentinin Karyera planlaması və tədris şöbəsində mütəxəssis | Banco.az
Azər Türk Bank

İnsan Resursları Departamentinin Karyera planlaması və tədris şöbəsində mütəxəssis

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Təlim tələbatlarını müəyyən etmək, tədris və tədris-mövzu planlarını tərtib etmək, təlim materiallarını hazırlamaq, təlimi təşkil etmək;
  • Bank əməkdaşları arasında tədris ehtiyaclarının öyrənilməsi məqsədilə sorğular keçirir, əməkdaşların təlim və seminarlarda iştirakını təşkil edir;
  • Müxtəlif təşkilatlardan Banka daxil olan dəvətləri, təlim-tədris təkliflərini araşdırır, razılığa əsasən seminar, treyninq və konfranslarda və ya digər tədbirlərdə bank əməkdaşlarının iştirakını təmin etmək üçün danışıqlar aparır;
  • Təlim fəaliyyəti ilə məşğul olan mərkəzləri araşdırır;
  • Təcrübəçilərin hazırlanması prosesini idarə edir;
  • Əməkdaşların təşkil olunmuş yerli təlimlərdə iştirakı ilə bağlı təşkilatı məsələləri həll edir;
  •  Təşkil olunmuş təlimlərlə bağlı hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • Əməkdaşlar üçün əməyin mühafizəsinin normaları, qaydaları və prinsipləri, əmək və icra intizamının təmin edilməsi qaydaları üzrə təlimlər keçirir;
  • Əməkdaşlarla öhdəliklərin bağlanması.

Tələblər

  • Ali təhsil;
  • Yüksək ünsiyyətqurma və dinləmə bacarığı;
  • Sahə üzrə 1 ilə qədər iş təcrübəsi;
  • Operativlik və dəqiqlik;
  • Komanda işləmə qabiliyyəti;
  •  Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office);
  • Azərbaycan dillini əla, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli.

Müraciət üçün daxil olun