Şirkət haqqında:
2016-cı ildən fəaliyyətə başlayan “GL” ASC müştərilərə “Sizin Lombard” brendi ilə çevik və keyfiyyətli xidmət göstərir. Bakı şəhəri və Respublikamızın bölgələrində 53 filial şəbəkəsi ilə müştərilərə daha yaxın və əlçatan olmaqla qızıl girovu əsasında sərfəli kredit əldə etməkdə geniş imkanlar yaradır.
Şirkətimizin prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital kimi qiymətləndirməkdir.
İnsan kapitalının inkişafı, insan resurslarının idarə edilməsində çevik və müasir metodların tətbiqi, kollektiv arasında motivasiyanın yüksəldilməsi, bilik və bacarıqların artırılması yönündə müxtəlif layihələrdə iştirak, performans dəyərləndirməsi, keyfiyyətli iş mühitinin yaradılması prioritet məqsədlərimizdəndir.
GL ASC-dən Bakı və Sumqayıt şəhərində yerləşən filialları üzrə əmək haqqı+bonuslu təcrübə proqramı elan edir.
Karyeranızı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarığınızı inkişaf etdirmək istəyirsinizsə, sizi peşəkar komandamıza qoşulmağa dəvət edirik.
Təlimdən uğurla keçən namizədlər yarımştat işçi kimi götürüləcək əmək haqqı və bonus veriləcək
Qeyd: Təcrübə 3 ay müddətinə keçiriləcək. Bu müddəti uğurla keçən namizədlər tam ştat işə qəbul ediləcəklər.
Vəzifə öhdəlikləri:
Təlimlərdə aktiv iştirak etmək
Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
Təlimçi və mentorla interaktiv işləmək
Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək
Vəzifə şərtləri:
Yaşı 18-dən 30-ə qədər (Ali və ya orta ixtisas təhsili alan sonuncu kurs tələbələr və ya ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər)
Karyerasını maliyyə sektorunda qurmaq istəyənlər
Öyrənməyə açıq olmaq
Hədəflərlə işləməyi bacarmaq
Pozitiv ünsiyyət bacarığı
Komandada işləməyə meyilli olmaq
İş qrafiki: Part-time (yarım gün)
Sizə nə vəd edirik:
Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı,
Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramı keçmək imkanı
Maliyyə yönümlü ilkin biliklərin qazanılması;
Bank və BOKT məhsulları haqqında ümumi məlumatların öyrədilməsi;
Ə/h+bonus
Qeyd: Təcrübə full-time şəkildə 3 ay müddətinə keçiriləcək. Bu müddəti uğurla keçən namizədlər işə qəbul ediləcəklər.
Maraqlanan şəxslər [email protected] e-mail ünvanına “təcrübə proqramı (müvafiq region)” yazaraq cv-lərini göndərə bilərlər.
Ünvan: AZ1134, Bakı şəhəri. Asif Məhərrəmov küç 22A
Əlaqə nömrəsi: (+994 51) 2303407
Vebsayt: www.sizinlombard.az
Email: [email protected]