Şirkət haqqında:
2016-cı ildən fəaliyyətə başlayan “GL” ASC müştərilərə “Sizin Lombard” brendi ilə çevik və keyfiyyətli xidmət göstərir. Bakı şəhəri və Respublikamızın bölgələrində 54 filial şəbəkəsi ilə müştərilərə daha yaxın və əlçatan olmaqla qızıl girovu əsasında sərfəli kredit əldə etməkdə geniş imkanlar yaradır.
Şirkətimizin prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital kimi qiymətləndirməkdir.
İnsan kapitalının inkişafı, insan resurslarının idarə edilməsində çevik və müasir metodların tətbiqi, kollektiv arasında motivasiyanın yüksəldilməsi, bilik və bacarıqların artırılması yönündə müxtəlif layihələrdə iştirak, performans dəyərləndirməsi, keyfiyyətli iş mühitinin yaradılması prioritet məqsədlərimizdəndir.
“GL” ASC-yə Maliyyə üzrə mütəxəssis vakansiyası elan edir
Öhdəliklər:
- Maliyyə əməliyyatlarının izlənməsi və nəzarət olunması.
- Gündəlik maliyyə hesabatlarının tərtib edilməsi və analiz edilməsi.
- Büdcə planlarının hazırlanması və büdcə idarəçiliyi.
- Şirkətin maliyyə vəziyyətinin təhlili və maliyyə göstəricilərinin qiymətləndirilməsi.
- Vergi öhdəliklərinin vaxtında və düzgün yerinə yetirilməsinə nəzarət.
- Maliyyə sənədlərinin, balans hesabatlarının, mənfəət və zərərlər hesabatlarının hazırlanması.
- Maliyyə təhlillərinin aparılması və rəsmi hesabatların təqdim edilməsi.
- Xərclərin optimallaşdırılması və qənaət tədbirlərinin planlaşdırılması.
Tələblər:
- Maliyyə və ya mühasibatlıq sahəsində ali təhsil.
- Maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində minimum 1-2 il iş təcrübəsi.
- Mühasibatlıq və vergi qanunvericiliyi sahəsində biliklər.
- Excel və digər maliyyə proqram təminatlarından yüksək səviyyədə istifadə bacarığı.
- Analitik düşünmə qabiliyyəti və detallara diqqət.
- Yaxşı ünsiyyət və təqdimat bacarıqları.
- Problem həll etmə bacarığı və təşəbbüskarlıq.
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Maliyyə üzrə mütəxəssis” başlığı ilə [email protected] elektron ü̈nvanına göndərmələri xahiş olunur.
Ünvan:
AZ1134, Bakı şəhəri. Asif Məhərrəmov küç 22A
Əlaqə nömrəsi :
(+994 51) 2303407
Vebsayt