"Expressbank" vəsaitlərini etibarlı yerdə saxlayaraq artırmaq və üstəlik əlavə gəlir əldə etmək istəyən şəxslərə “Mücrü” əmanət məhsulunutəklif edir. Müştərilər minimal məbləği 50 AZN/USD olmaqla 12, 24 və ya 36 aylıq müddətinə əmanətyerləşdirərək 15,5%-dək gəlir əldə edə bilərlər.
“Mücrü” əmanət növünün üstünlükləri:
- Əmanət məbləğinin artırılması imkanı;
- Faizləri hər ay götürmək imkanı;
- Hədiyyə olaraq bank kartının təqdim olunması;
- 3-cü şəxsin adına yerləşdirmək imkanı;
- Əmanət əsasında kredit götürmək imkanı.
Operativ xidmət, yüksək faiz dərəcələri və sərfəli şərtlər təklif edən Expressbank Sizin etibarlı və sabit gəlir mənbəyinizə çevriləcək.Qeyd edək ki, Expressbank-da yerləşdirilmiş bütün əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi şərtlər çərçivəsində sığortalanır.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.