Unibank kartlarında yeni xidmət | Banco.az

Unibank kartlarında yeni xidmət

Bank kartınızın PİN kodunu unutmusunuzsa, yeni kart sifariş etməyə və gözləməyə ehtiyac yoxdur. Çünki Unibank kartlarında yeni PİN kod almaq artıq bir neçə saniyəyə mümkün oldu. PIN kodunu unudan, yaxud onu sadəcə yenisi ilə əvəz etmək istəyən, Unibank kart sahibi bankın istənilən filiallında POS-terminal vasitəsilə özünə tam təhlükəsiz yeni PİN kod təyin edə bilər.  

Hazırda 100 minlərlə şəxs Unibank kartlarının istifadəçisidir. Unibank kartlarının üstünlüyü müştərilərin tələbatına uyğunlaşdırılmasıdır. Hər bir müştəri öz tələbatına uyğun kart seçə bilər. Bankın bütün əmək haqqı kartları, eləcə də ALBALI PLUS kredit və ALBALI PLUS debet kartları cashback funksiyalıdır. Cashback layihəsinə qoşulan Unibank kartları  indiyədək öz müştərilərinə 75 min AZN-dən çox vəsait (cashback) qazandırıb.

18 yaşdan yuxarı istənilən şəxs şəxsiyyət vəsiqəsi ilə banka müraciət edərək,  Unibankın debet kartına sahib ola bilər.   Bunu etmək isə çox asandır. Elə indi smartfonunuza və ya planşetinizə Unibank Mobile yükləyin (http://onelink.to/ffdbwf) və bir neçə toxunuşla istədiyiniz kartı sifariş edin.

Ən sərfəli kredit üçün müraciət et

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından(www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən(www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!