SOCAR istiqrazlarından əhali nə qazanıb? | Banco.az

SOCAR istiqrazlarından əhali nə qazanıb?

1. İstiqraz alanlar qazandımı?

2 Əhali istiqrazlardan nə qazandı?

Azərbaycanın fond bazarı tarixində ilk dəfə olaraq qiymətli kağızlarla təkrar bazardakı əməliyatların  həcmi buraxılışın 80%-dən yüksək olub. İyunun 9-da Bakı Fond Birjasında SOCAR İstiqrazları ilə təkrar bazar əməliyyatlarının həcmi 80 milyon dolları keçib.

Hazırda Azərbaycanın qiymətli kağızlar bazarında təqribən 10 bank və şirkətin korporativ istiqrazı dövr edir. Ötən ilin sentyabrında 100 milyon dollarlıq həcmdə buraxılan SOCAR istiqrazları bunlardan hələlik sonuncusudur.

Amma digər qiymətli kağızlardan fərqli olaraq təkrar bazarda SOCAR istiqrazlarına tələbat daha yüksək olub. Cəmi 8 ay ərzində (istiqrazların təkrar bazarı 2016-nın oktyabrında başlanıb) Bakı Fond Birjasında 80 592 ədəd İstiqraz alınıb-satılıb, əməliyatların ümumi məbləği 81,2 milyon dollara çatıb.

Hazırda bazarda bir sıra iri bankların, kredit və rabitə şirkətlərinin istiqrazları dövriyyədə olsa da, onlarla əməliyyatların həcmi olduqca aşağıdır. SOCAR İstiqrazları isə ширкятляр вя ящали tərəfindən  ən çox-alınıb satılan qiymətli kağız sayılır. Xüsusilə ящали uzun müddətdən bəri ilk dəfə olaraq кцтляви шякилдя qiymətli kağızlar bazarına meyllənərək istiqraz alır.

İstiqrazları niyə alırlar?

Fond bazarı üzrə ekspert Cəfər İbrahimli bildiriр ки, SOCAR İstiqrazlarının belə aktiv alınıb–satılmasının əsas səbəbi onların etibarlı və likvid olmasıdır. Onun sözlərinə görə, investorları cəlb edən əsas cəhətlər SOCAR-ın etibarlılığı - böyük aktivlərə sahib olması, şirkətdə korporativ idarəetmənin tətbiqi, hesabatlarının şəffaflığı və beynəlxalq maliyyə standartlarına uyğunluğudur. 

Мящз буна эюря, дaxili bazar üçün buraxılmasına baxmayaraq istiqrazların alıcıları arasında xaricilər də var. İstiqrazların market-meykeri «PSG Kapital» şirkəti bildirir ki, bunlar Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna və Qazaxıstan vətəndaşlarıdır.

«Təkrar bazarda SOCAR İstiqrazları ilə əməliyyatların həcminin böyük olması ilə yanaşı,  alış-satışların cari qiymətlərdən daha yüksək qiymətlə aparılması da diqqəti çəkir. Bu da istiqrazlara real tələbatın yüksək olmasının göstəricisidir»-deyə ekspert bildirib.

"Xatırladaq ki, SOCAR İstiqrazları 5 illik müddətə və illik 5% gəlirliliklə buraxılıb. İstiqrazlar üzrə faiz ödənişləri ildə 4 dəfə həyata keçirilir. 17 yanvar və 17 aprel tarixlərində həyata keçirilən faiz ödənişləri çərçivəsində istiqraz sahiblərinə hər istiqraz üçün 25 dollar olmaqla, ümumilikdə 2,5 milyon dollar vəsait ödənilib. Növbəti faiz ödənişi iyulun 17-də olacaq".

Ən sərfəli kredit üçün müraciət et

«SOCAR yeni istiqrazlar buraxmalıdır»

İstiqrazlara tələbatın böyüklüyünü onların qiymətinin yüksək olması da təsdiqləyir.  Belə ki, SOCAR istiqrazlarının nominal qiyməti 1000 dollar olsa da, hazırda bazarda bu qiymətə istiqraz demək olar ki, satılmır. Əvvəlki aylarda faiz ödənişlərindən dərhal sonra qısa müddət (1-3 gün) ərzində  istiqrazları 1000 dollara əldə etmək mümkün olduğu halda, indi qiymətlər daha yüksəkdir. Hətta kupon ödənişindən dərhal sonra da 1000 dollara istiqraz tapmaq mümkün deyil – qiymətlər 1003-1004 dollardan başlayır. Amma  hətta bu qiymətlərlə də istiqraz alanlar, onu satmaq istəyənlərdən qat-qat çoxdur.

İstiqrazlara tələbatın yüksək olması isə yeni istiqrazların buraxılmasına ehtiyac yaradır: « Əgər istiqrazlara tələbat böyükdürsə və onların qiyməti yüksəkdirsə, şirkət tələbatı qarşılamaq üçün yeni istiqrazlar buraxmalıdır». Cəfər İbrahimli bildirir ki, bu üsulla SOCAR həm bazardakı tələbatı qarşılaya, həm də əlavə vəsaitlər cəlb edə bilər: «Yeni istiqrazların da elə bu parametrlərlə buraxması məqsədəuyğun olardı».

Manatla istiqrazlar da aktualdır

Ekspertin fikrincə, SOCAR öz investisiyalarının istiqamətini nəzərə alaraq, növbəti istiqrazlarını fərqli valyutalarda buraxa bilər: «Əgər vəsaitlərin böyük hissəsi daxili bazarda istifadə olunacaqsa, ən uyğun variant manatla qısamüddətli – bir illik istiqrazların buraxılması ola bilər. Amma onların cəlbedici olması üçün manatla istiqrazların gəlirliliyi Maliyyə Nazirliyinin istiqrazları və manatla qoyulan bank əmanətləri ilə rəqabət apara biləcək səviyyədə olmalıdır».

İstiqrazlar fond bazarını canlandırıb

Qeyd edək ki, SOCAR İstiqrazlarına belə böyük tələbat və alğı-satqıların artımı ölkənin qiymətli kağızlar bazarının dərinliyini və aktivliyini artırыб. Belə ki, bu ilin ilk 5 ayında Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 3,3 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə artıqdır. Yanvar-may aylarında korporativ istiqrazlarla təkrar bazarda aparılan əməliyyatların həcmi 93,7 milyon manat təşkil edib.  Bu da əvvəlki ilin eyni dövrünə nisbətən 6,7 dəfə artıqdır. İstiqrazlarla aparılan əməliyyatların sayı isə 21 dəfə artaraq 409-a catıb. Bu əməliyyatların da böyük hissəsi məhz SOCAR İstiqrazlarının payına düşüb. Belə ki, bu dövrdə SOCAR İstiqrazları ilə 45,6 milyon dollarlıq əməliyyat aparılıb.

Mütəxəssislərin fikrincə, yeni istiqraz buraxılışları bazardakı aktivliyi davam etdirməyə, eləcə də qiymətli kağızlar sektoruna sarmayələri artırmağa imkan verəcək.