NIKOIL | Bank-ın Visa plastik kartlarının üstünlüklərindən faydalanın! | Banco.az

NIKOIL | Bank-ın Visa plastik kartlarının üstünlüklərindən faydalanın!

NIKOIL | Bank Visa-nın premium sinifli plastik kartları üzrə keçirilən kampaniyaya qoşuldu.NIKOIL | Visa Gold və NIKOIL | Visa Platinum kartları vasitəsilə ödəniş edərkən bankın hər bir müştərisinəpartnyor restoran, geyim butikləri, ətriyyat mağazaları və supermarketlər şəbəkələrində 7.5%-dən 20%-ədək endirim təqdim edilir. Partnyorların tam siyahısı ilə www.visa.com.azsaytında tanış ola bilərsiniz.

NIKOIL | Bank-ın premium sinifli plastik kart sahibləri müasir ödəniş vasitəsinə, həmçinin kartqalığına Manat üzrə illik 8% və ABŞ Dolları üzrə illik 2% həcmində hesablanan faiz və əlavə üstünlüklər əldə edə bilir. Sərfəli faiz şərtləri ilə yanaşı, bu kart növünün hər bir yeni sahibi sms-notification və mobile banking kimi xidmətlərə pulsuz qoşula və digər üstünlüklərdən faydalana bilər. Kartın balansını onlayn artırmaqla yanaşı,Milliön, EasyPay və E-manat ödəniş aparatları vasitəsilə də artırmaq olar!

Ən sərfəli kredit üçün müraciət et

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və  qabaqcıl satış şəbəkəsi olan  universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil