Bu gün "NİKOYL" İKB əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.
Bugün, paytaxt filiallarından №2 (N.Nərimanov pr. 55), №8 (S.Əsgərova küç. 161) və Qəbələ şəhərində yerləşən regional filial öz yubileyini qeyd etdi.
Bu müddət ərzində qeyd olunan filiallar kəmiyyət və keyfiyyət baxımından biznesin bütün istiqamətlərində artım göstərmişdirlər. Filiallar həmçinin, gələcəkdə də əhalinin maddi rifahının yüksəlməsi yönümündə ən sərfəli bank məhsulları və aksiyaları təqdim etməklə, müştəri xidmətlərinin keyfiyyətini artıracaqlar.
Xatırladaq ki, Qəbələ şəhərində yerləşən filial və №2 paytaxt filialının 10 yaşı, №8 ixtisaslaşmış ipoteka filialının isə 4 yaşı oldu.
“NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.
Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil?ref=hl